4 YALPI MAJLIS MAQSUD ŞEYXZADƏ VƏ ONUN “QƏZƏL MÜLKÜNÜN SULTANI” KİTABININ TƏHLİLİ Almaz Ülvi Binnatova, Filologiya elmləri doktoru, professor AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, Azərbaycan, Bakı, +994 50 382 74 59;
[email protected] orcid iD – 0000-0001-7991-3969 Xülasə: Maqsud Şeyxzadə XX əsrin görkəmli ədəbi və elmi simalarından biri kimi Azərbaycan və Özbəkistan arasında mədəni körpü rolunu oynamışdır. Onun çoxşaxəli yaradıcılığı içində Əlişir Nəvai irsinin öyrənilməsinə həsr olunmuş “Qəzəl mülkünün sultanı” kitabı xüsusi yer tutur. İlk dəfə 1972-ci ildə nəşr edilən bu əsər, əsasən, Nizami və Nəvai yubileyləri ilə bağlı aparılmış 1940–1950-ci illər tədqiqatlarına əsaslanır. Müəllif burada Nəvainin poetikasını, lirikasını, qadın obrazlarını, maarifçi və vətənpərvər ideyalarını, folklorla əlaqələrini geniş təhlil etmiş, onun yaradıcılığını dövrün mənəvi-siyasi mühiti ilə birlikdə öyrənmişdir. Müstəqillik dövründə kitab sovet ideoloji əlavələrindən təmizlənərək yenidən nəşr olunmuş, bu da Şeyxzadənin elmi səliqə və obyektivliyini bir daha göstərmişdir. “Qəzəl mülkünün sultanı” həm nəvaişünaslıq üçün, həm də Azərbaycanla Özbəkistanın ortaq klassik irsinin təbliği baxımından əvəzsiz mənbə kimi dəyərləndirilir. Açar sözlər: Maqsud Şeyxzadə, “Qəzəl mülkünün sultanı”, Əlişir Nəvai yaradıcılığı, nəvaişünaslıq, klassik şərq poeziyası, Azərbaycan-özbək ədəbi əlaqələri, klassik irsin müasir təqdimatı, ədəbi şəxsiyyət və dövr, türk xalqları ədəbiyyatı. Xulosa: Maqsud Shayxzoda XX asrning yirik adabiy va ilmiy siymolaridan biri sifatida Ozarbayjon va O´zbekiston o´rtasida madaniy ko´prik bo´lib xizmat qilgan. Uning ko´p qirrali ijodi orasida Alisher Navoiy merosiga bag´ishlangan “G´azal mulkining sultoni” kitobi alohida o´rin tutadi. Ilk bor 1972-yilda chop etilgan ushbu asar, asosan, Nizomiy va Navoiy yubileylariga oid 1940–1950-yillarda olib borilgan tadqiqotlarga tayangan. Muallif unda Navoiy poetikasini, lirikasini, ayol obrazlarini, ma’rifatparvar va vatanparvar g´oyalarini, folklor bilan aloqalarini keng tahlil etib, uning ijodini davrning ma’naviy-siyosiy muhiti bilan birga o´rganadi. Mustaqillik davrida kitob sovet mafkuraviy qo shimchalardan xoli holda qayta nashr etilib, Shayxzodaning ilmiy salohiyati va xolisligini yana bir bor namoyon qildi. “G´azal mulkining sultoni” nafaqat navoiyshunoslik uchun, balki Ozarbayjon va O´zbekistonning umumiy klassik merosini targ´ib etish jihatidan ham beqiyos manba hisoblanadi.
5 Kalit so„zlar: Maqsud Shayxzoda, “G„azal mulkining sultoni”, Alisher Navoiy merosi, navoiyshunoslik, klassik Sharq she‟riyati, o„zbek-Ozarbayjon adabiy aloqalari, klassik merosning zamonaviy talqini, adabiy shaxs va tarixiy davr, turk xalqlari adabiyoti. Abstract: Maqsud Sheikhzade was one of the prominent literary and scholarly figures of the 20th century, serving as a cultural bridge between Azerbaijan and Uzbekistan. Among his multifaceted works, the book “The Sultan of the Realm of Ghazal”, dedicated to Alisher Navoi’s legacy, holds a special place. First published in 1972, it was based mainly on research conducted in the 1940s–1950s for the jubilees of Nizami and Navoi. In this work, Sheikhzade analyzed Navoi’s poetics, lyricism, female characters, enlightenment and patriotic ideas, as well as his connection with folklore, studying his creativity within the broader spiritual and political context of his time. In the independence era, the book was republished free from Soviet ideological additions, further highlighting Sheikhzade’s scholarly rigor and objectivity. “The Sultan of the Realm of Ghazal” is regarded not only as a key contribution to Navoi studies but also as an invaluable source for promoting the shared classical heritage of Azerbaijan and Uzbekistan. Keywords: Maqsud Sheykhzade, “Sultan of the Ghazal Realm”, Alisher Navoi‟s literary legacy, Navoi studies, Classical Eastern poetry, Azerbaijani-uzbek literary relations, classical heritage and modern interpretation, literary personality and historical context, turkic literary tradition GİRİŞ: Həzrət Nəvainin öpdüm əlini, Bəyəndim, bəslədim onun dilini. Maqsud Şeyxzadə XX əsr Azərbaycan və Özbək ədəbi-elm məkanında mühüm iz qoymuş çoxcəhətli şəxsiyyətdir: o, həm filosof-şair, dramaturq, tərcüməçi, dilçi, folklorşünas və pedaqoq, tənqidçi, dərin zəkalı ədəbiyyatşünas və ilk olaraq nəvaişünas kimi tanınır. Onun şəxsiyyəti və fəaliyyəti iki qardaş xalq – Azərbaycan və Özbəkistan arasında mədəni və mənəvi körpü rolunu oynamışdır. Sovet repressiyalarının nəticəsi olaraq 20 yaşlarında sürgün edildiyi Özbəkistanda elmi və bədii yaradıcılığı ilə böyük nüfuz qazanmış, burada geniş miqyaslı tədqiqatlar aparmışdır 1 . Özbək xalqı, özbək torpağı Azərbaycandan – imperiya şəri ilə sürgün olunaraq ona pənah gətirən 20 yaşlı gənci öz balasıtək bağrına basmış, şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat – elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş – iki qandaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur. 1 Naim Karimov. Maqsud Shayxzoda. – Toshkent: “Sharq”, 2010. 32-34 betlar.
6 ƏSAS HİSSƏ: Bu tədqiqatımızın mövzusu Maqsud Şeyxzadənin “Qəzəl mülkünün sultanı” kitabıdır. Kitab 53 il əvvəl məşhur özbək alimi, klassik irs tədqiqatçısı, nizamişünas Natan Mallayev tərəfindən müxtəlif mətbuat orqanlarından, alimin yaradıcılıq arxivindən toplanaraq 1972-ci ildə nəşr edilmişdir. Maqsud Şeyxzadənin əsərlərinin altı cildliyinin dördüncü cildi bütövlükdə (378 səhifə) Əlişir Nəvai haqqında ciddi axtarışlar sayəsində yazılmış silsilə, bir-birinin davamı olan tədqiqatlardır. 30-40-cı illərin elmi məhsuludur. Əslində mətndən məlum olur ki, bu araşdırmalar 1941-ci ildə Nizami Gəncəvinin (800 illik) və Əlişir Nəvainin (500 illik) yubiley günlərinə töhfə olaraq hazırlanırmış. Lakin amansız 1941-1945-ci il müharibəsi bu tarixi işlərin təqdimatını təxirə salmışdır. Hətta həmin illərdə Maqsud Şeyxzadə iki kitab – risalə də nəşr etdirmişdir: “Qeniy shoir” (1940) və “Гений поэт” (1941) adlı özbək və rus dillərində. Müstəqillik illərində klassik irsə, o sıradan Nizami Gəncəvi, Əlişir Nəvai yaradıcılıqlarına yeni baxış prizmasından tədqiqat işlərinə start verildi. Ateizm ideolojisinə məruz qalmış bu əsərlərə doğrudan da yeni yanaşma vacib idi. Üstəlik əlifbalar dəyişmişdi – kirildən latın qrafikasına keçid baş vermişdi. Yeni oxucu auditoriyası formalaşmışdı. Bir zamanlar əski əlifba (ərəb qrafikası) ləğv olunaraq latına keçid zamanı bütün nəsillər klassik irsi oxumaqdan, mütaliədən məhrum olduğu kimi (elə indi də!) nəsillərin ən ağır imtahanı! Maqsud Şeyxzadənin Əlişir Nəvai yaradıcılığını əhatə edən “Qəzəl mülkünün sultanı” kitabı özbəkcə yazılmışdır. İlk olaraq, kitabı tərcümə etməyi planlaşdırdıq. Daha sonra, sosializm realizm ideolojisinə aid hissələr redaktə olunmalı və nəhayət bu işlər elə görülməli idi ki, Maqsud Şeyxzadə elmi üslubuna toxunulmasın, fikir və düşüncələri təhrif olunmasın. Ciddi və məsuliyyətli bir sınaq qarşısında idik. Amma qəlbimizdəki dahi Əlişir Nəvainin sehr dolu yaradıcılığına, həyatına olan heyranlığımız, müdrik məktəbindən aldığımız tərbiyə, ruhumuzu aydınladan ibrət dərsləri qələmimizə senzura oldu. Əvvəla onu deyim ki, tərcümə işi çətin olmadı. Çünki Əlişir Nəvai haqqında tədqiqatlar Azərbaycandan yenicə getmiş bir gəncin qələm məhsulu idi. Həm o vaxtlar Azərbaycanda çox məşhur olan və daim tədqiqat mövzusu olaraq araşdırılan, haqqında yazılan Əlişir Nəvai mövzusuna Azərbaycan sevgisi qatılmışdı, həm də özbək dili yenicə öyrənən Maqsud Şeyxzadənin fikirlərində Azərbaycan çalarları çox idi və nəhayət, Nəvainin dili Füzuli dilinə çox yaxın olduğundan çox vaxt elə düşünürdüm ki, sadəcə kirildən latına mətn köçürürəm, yəni bu qədər yaxın, rahat və aydın bir yazı dili idi. Sosializm ideolojisinə uyğun yerləri redaktə etmək məsələsinə gəldikdə isə heç, həm də heç çətinlik olmadı. Məsələyə belə yanaşmağa məcbur olduq, yəni müəllif
7 işinə belə qurmuşdu: sanki o, tədqiqat işini yazıb tam bitirəndən sonra Lenin, Marks və Engelsdən, Maksim Qorki və Belinskidən bir neçə cümlə seçərək abzaslara sitat olaraq əlavə edib. İndi redaktə zamanı o cümlələri götürəndə (ləğv edəndə!) özündən əvvəlki və sonrakı cümlələrlə heç bir bağı – əlaqəsi olmadığı üçün mətndəki belə yerlərin ixtisarı nəinki hiss olunmadı, heç ruhu belə “incimədi”! Elə isə bu kitabın yenidən nəşrinə ehtiyac haradan yarandı? İlk olaraq, Əlişir Nəvainin ədəbi irsinə müstəqillik illərində xüsusi və geniş səhifələr ayrıldığından bu boşluğu doldurmağa ehtiyac duyduğumuzdan, ikincisi, Maqsud Şeyxzadə yaradıcılığına ehtiram həmişə ədəbiyyatşünaslığımızın qarşısında olub. Ədəbiyyata taleyi kimi baxan Şeyxzadə elmdən, yaradıcılıqdan bir an belə geri çəkilmədi. O, özünəməxsus nəfis şeirlər yaratmaqla yanaşı, əsərlər də tərcümə edib. Şekspir, Nizami, Babur, A.N.Radişşev, M.Y.Lermontov, A.Çexov, M.Qorki, V.Mayakovski, M.F.Axundov, A.Barbüs kimi dünya, rus, özbək, Azərbaycan ədəbiyyatının klassik simaları haqqında mətbuatda analitik məqalələr dərc etdirmişdir: “Nəvaidə qadın obrazı”, “Nəvai – dövrünün ən mədəni şəxsiyyəti”, “Nəvai – vətənpərvər”, “Nəvai və gənclik”, “Babur və Nəvai”, “Elm və maarifçiliyin şövqlü xanəndəsi”, “Böyük şair”, “Nəvai yaradıcılığında folklor motivləri” kimi məqalələr. Bu tədqiqatların bir neçəsinin qısa məzmununa nəzər salmaq maraqlı olardı: “Qəzəl mülkünün sultanı” – Nəvai öz böyük epik əsərlərini yazmağa (1480-ci illər) başlamazdan əvvəl, Heratda mahir qəzəlnəvis kimi məşhur idi və hətta onun bəzi qəzəl-müstəzadları Rumda, İranda, Türküstanda oxunub, xalq arasında geniş yayılmışdı. Ədəbiyyatda ən çox qəzəl yaradan liriklərdən biri olan Əlişir Nəvai dörd divanı təşkil edən lirik əsərlərində (90 faizi qəzəldir) heç bir vəziyyətə uyğunlaşmaq, yaltaqlanmaq, dünyəvi şəxslərə təzim etmək kimi hallara rast gəlməzsiniz. Nəvai qəzəli vicdan borcu kimi qəbul etdiyinə və cəmiyyətə yönəldiyinə görə, oradakı ən həssas və ən şəxsi duyğuların altında həqiqi və məntiqi bir hadisə dayanır. “Əlişir Nəvainin yaradıcılığında folklor motivləri” – tədqiqatında qeyd edir ki, Nəvai yaradıcılığında yalnız yüksək bədii-estetik dəyərə malik klassik poeziya nümunələri ilə məhdudlaşmır, o, həm də xalqın ruhunu, arzularını və düşüncələrini özündə əks etdirən bir sənət abidəsidir. Onun poeziyasında xalq nağıllarının süjetləri, atalar sözləri, məsəllər, mahnılar, laparlardan istifadə edilməsi bu fikri bir daha sübut edir. Eyni zamanda, Nəvainin bədii üslubunun formalaşmasında folklorun rolunu vurğulayır. Burada “Fərhad və Şirin”, “Səbai-Səyyar”, “Məhbubul-qülub” və digər əsərlərində xalq atalar sözlərindən, məsəllərdən və ritmik ifadələrdən necə istifadə etdiyi təhlil olunur. “Nəvai və gənclik” – Nəvainin yalnız gənclik anlayışını deyil, həm də ümumilikdə, onun yaradıcılığının insanlıq üçün nə qədər dəyərli olduğunu göstərir. Nəvai öz dövrünün çətinliklərinə baxmayaraq, gənclik vasitəsilə gələcəyə inamı, mübarizə əzmini və ümidləri ilə oxucusuna sönməz bir enerji və ilham bəxş edir. Nəvainin gənclərə qarşı dərin rəğbətini, onların cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq ifadə edir. “Xəmsə”dəki qəhrəmanların həyatları, onların məhəbbət uğrundakı mübarizəsi, elmi və fiziki fəaliyyətləri Nəvainin gəncliyi necə dərin bir anlayışla təhlil etdiyini göstərir. O, həm romantik hissləri, həm də həyatın real çətinliklərini bədii şəkildə təsvir edir, bu da gənclərin həyatını bütün reallığı ilə əks etdirir.
8 “Nəvainin Səmərqənddə keçirdiyi günlər” – gənclik illəri onun çətinliklər və intellektual zənginlik dolu bir dövrü kimi təsvir edilir. Əbu Səid Mirzənin əmri ilə sürgün edilərək Səmərqəndə gələn Nəvai, burada Əhməd Hacibek və Dərviş Məhəmməd Tərxan kimi şəxslərin dəstəyi ilə intel-lektual və ədəbi fəaliyyətini davam etdirir. Şair və alimlərlə sıx əlaqələr quraraq onların düşüncələrinə və yaradıcılığına təsir edir. Səmərqənddə keçirdiyi bu illər onun yaradıcılığına dərin təsir göstərmişdir. Hüseyn Mirzə Bayqaranın hakimiyyətə gəlməsi ilə Nəvai Herata qayıdır və daha geniş siyasi və yaradıcılıq imkanlarına malik olur. “Babur və Nəvai” – məqalə Baburun böyük Navoiy məktəbinin davamçısı olduğunu, onun təsiri ilə şair kimi yetkinləşdiyini və Nəvai irsini ədəbi yaradıcılığında yaşatdığını vurğulayır. Baburun bu təsir altında vətənə olan bağlılığı və dostluq, səmimiyyət mövzularını davam etdirməsi, onun Nəvainin ideyalarını sadə və lirik bir üslubda yaşatması ilə izah olunur. “Nəvai yaradıcılığında qadın obrazı” –gələcəyin mükəmməl, hər cəhətdən uyğun, ruhən-əqli-fiziki cəhətdən inkişaf etmiş qadınlarını tərənnüm edir. XV əsrdə Nəvai yaşadığı mühitdə, Leyli və Şirinlərin müəyyən xüsusiyyətlərini, müəyyən hadisələrini özündə canlandıran gözəl qadınlar yaşamışdır. Nəvai öz qadın obrazı ilə cəmiyyət qarşısında əhəmiyyətli bir sosial problem qoyur. Şairin əsərlərindəki qadın obrazlarının çoxunda aşağıdakı xüsusiyyətləri gördük: Misilsiz gözəllik (fiziki cəhət); Dərin ağıl – zəkalıq (ağıllı cəhət); Elm və maarif (mədəni cəhət); Dövlət və ölkə işlərində aktiv iştirak (sosial cəhət); Müharibə və mübarizədə cəsarət (cəsarət cəhəti). Beləliklə, Nəvai öz obrazlarını bu cür xarakterizə etməklə açıq bir nəticəyə gəlməyə çalışır: o, qadınların kişilər qədər qabiliyyətli olduğunu sübut edir, bunların da ailə, dövlət və mədəniyyətdə geniş hüquqlarla iştirak etməsi üçün mübarizə aparır. XV əsrdə İslam ideologiyası bütün düşüncə həyatını monopoliyaya aldığı bir dövrdə bu tələb uca cəsarət və nəciblikdən irəli gəlirdi. “Təzkirəçilik tarixindən (Əlişir Nəvainin azərbaycanlı təzkirəçi şagirdi haqqında)” – burisalə üzərində tədqiqat aparan Maqsud Şeyxzadə bütövlükdə təzkirəçilik tarixini izləmiş, nəticədə bir elmi sənətin tarixinə işıq salmışdır. Bütövlükdə, elmə məlum olan təzkirəçilik tarixindən bəhs edəndən sonra bizə Əlişir Nəvainin təzkirəçilik məktəbini davam etdirən xələflərdən azərbaycanlı bir ədibdən və onun əsərindən bəhs edir. Həmin şəxs – müəllif öz əsərlərinin külliyyatına yazdığı müqəddimədə özünü Sadiqi Kitabdar adlandırdığı Sadiqbəy Sadiqidir. Təzkirəçi müəllifin özünün də əsərində etiraf etdiyi kimi, onun adı Sadiqbəy, təxəllüsü Sadiqi və vəzifəsinə görə ləqəbi “Kitabdar” olmuşdur. “Dahi şair”–Nəvainin siyasi görüşləri; Nəvaidə humanizm; III Əlişir Nəvainin yaradıcılığında qadın obrazı; “Xəmsə”də məhəbbət problemi; Nəvai öz dövrünü ən mədəni kişisi; Nəvai və elm; Nəvaidə vətənpərvərlik və beynəlmiləlçilik; Nəvai və gənclik; Nəvai və zəmanəmiz – adlı Nəvai haqqında doqquz tədqiqat işindən ibarətdir. “Ustadın sənət ocağından” – “Klassik poeziyamızın poetikası haqqında”; “Poetika – bəşəri arzuların xidmətində – Tənasüb” və “Təzad” kimi mükəmməl elminəzəri tədqiqatlarını təqdim edir. “Heyrətul-əbrar” haqqında – Əlişir Nəvai qırx iki yaşında özünün ilk dastanını qələmə aldı. O vaxta qədər Əlişir Nəvai Daşkənd və Səmərqənddən tutmuş Herat və
9 Məşhədə, Əndicandan Xivəyə qədər böyük bir şair kimi tanınırdı. Ancaq buna baxmayaraq, “Xəmsə”yə başlamaq böyük cəsarət, öz gücünə inam, geniş məlumat, zəngin həyat təcrübəsi və dayanmadan çalışma tələb edən tarixi və böyük bir iş idi. Nizamidən sonra yüzə yaxın şair “Xəmsə” yazmağa çalışıbsa da, bunlardan yalnız bir neçəsi məqsədinə çatıb. Əbədiləşmiş dostlar” – Nəvainin şah əsəri olan “Xəmsə”dəki obrazlar sistemi yüzə yaxın personajı özündə ehtiva edir. Bunlardan bir qismi əsas obrazlardır (qəhrəmanlar), digər qismi isə ikinci dərəcəli, lakin aktiv obrazlardır. Üçüncü qisim isə üçüncü dərəcəli obrazlardır (başqa sözlə, personajlar) və bir-iki cizgi ilə təsvir edilmiş passiv obrazlardır. Romantik şairlərdə adətən olduğu kimi, bu obrazlar hər əsərin əvvəlində iki qütbə bölünmüşdür: yaxşı (müsbət) və pis (mənfi) xarakterlər. “Qərayibus-siğar” divani üzrə yazılmış“Nəvainin lirik qəhrəmanı haqqında” və “Əlişir Nəvai lirikasının bəzi poetik üsulları haqqında” – tədqiqatlarında divanın mükəmməl elmi təhlilini gorurük, oxuyuruq. “Nəvainin qəzəllərindəki bir fəzilət haqqında” –Nəvai qəzəlinin əsas və birinci xüsusiyyəti onun məntiqi quruluşu, bir məqamın digər məqamdan doğulmasıdır. Bu çox vacib xüsusiyyətdir. Çünki bir çox qəzəl şairlərində şeir gözəl və ayrı-ayrı misralardan ibarətdir və mexaniki quruluşuna görə oradakı misralar bir-birinin ardınca əvəzlənərsə, oxucu bu dəyişikliyin fərqini hiss etməyə bilər. Bu mənada götürsək, bir neçə qəzəl müəllifinin şeirlərində süjet yoxdur. Nəvaidə isə fikrin tamlığı, təsvir zamanı yalnız subyektiv hisslərin cilvəsi deyil, obyektiv həyat ardıcıllığını gözləmək Nəvaidə ən kiçik lirik şeirləri də məntiqi tellərlə birləşdirməyi tələb edir. NƏTİCƏ: Demək olar ki, siyasi təhlükənin, mənəvi ölümün yaxınlaşdığı bir dövrdə Nəvaini təbliğ etmək, dünya ədəbiyyatı xadimlərinin yaradıcılığını öyrənmək üçün insanın qəlbi rahat olmalı idi.Şükürlər olsun ki, Şeyxzadənin Qafqaz dağları qədər uca qüruru, Xəzər dənizi kimi geniş xasiyyəti var idi, ona görə də insani keyfiyyətlərinə sadiq qaldı. Xüsusilə, 1941-ci ildə Nəvainin anadan olmasının 500 illiyinin qeyd olunması onun yaradıcılığa və elmə olan həvəsini daha da artırıb. Lakin... 1941-ci ilin 22 iyununda başlayan müharibə Nəvainin anadan olmasını bir qədər gecikdirdi. Lakin Şeyxzadənin qəlbindəki Nəvai isə həmişə onun yanında idi. Maqsud Şeyxzadənin həyatı və yaradıcılığı mövzusunda Azərbaycanın xalq şairi – istiqlal şairi Xəlil Rza Ulutürk doktorluq dissertasiyası yazmış, haqqında bir neçə kitab nəşr etdirmiş, əsərlərini başdan-başa Azərbaycan dilinə çevirmişdir. Akademik Naim Kərimov “Maqsud Şeyxzadə” (maarifi roman) adlı monoqrafiya yazmış və digər onlarla elmi-tədqiqat əsərləri yazılmışdır. Anadan olmasının 100, 115 illiyi münasibətilə Daşkənddə və Bakıda beynəlxalq elmi konfranslar keçirilmiş, konfrans materialları nəşr edilmişdi 2 . 2 Ulutürk Xəlil Rza. Maqsud Şeyxzadənin bədii yaradıcılığı. – B., Elm, 1980, 143 s.; Ulutürk Xəlil Rza. Maqsud Şeyxzadə. – B., “Bilik” cəmiyyəti, 1978. 68 s.; Ulutürk Xəlil Rza. Mən Şərqəm. – B., Elm, 1994, 768 s. ; Ulutürk Xəlil Rza. Turan çələngi. – B., Elm, 1992, 792s.; Ulutürk Xəlil Rza. Turan çələngi. – B, Qaff -Poliqraf, 2005; Xəzri Nəbi. Mirzə Uluğbəy (M. Şeyxzadənin dramı Azərbaycan dilində). – “Azərbaycan”, 1970, №5, s. 138-180; İbrahimov Mirzə. Sözün hikməti: M. Şeyxzadənin
10 ƏDƏBİYYAT 1. Шайхзода, Максуд. Газал мулкининг султони // Асарлар. олти томлик: IV том (Алишер Навоий хакидаги тадкикот ва маколалар мажмуаси). – Тошкент, Гафур Гулом ном. Адабиёт ва санъат нашриёти 1972 // Редколлегия: Камил. Яшин, Миртемир, Туроб Тула, Озод Шарафиддинов, Натан Маллаев. 2. Şeyxzadə, Maqsud. Təzkirəçilik tarixindən (Əlişir Nəvainin azərbaycanlı təzkirəçi şagirdi haqqında) risalə (özbəkcədən azərbaycancaya tərcümə edən və ön söz müəllifi, nəvaişünas Almaz Ülvi Binnətova). – Bakı, Füyuzat, 2025, 64 səh. (nəşrə hazırlayan: Natan Mallayev (1972) və Almaz Ülvi Binnətova (2025). 3. Şeyxzadə, Maqsud. Qəzəl mülkünün sultanı (Əlişir Nəvainin yaradıcılığı) // özbəkcədən azərbaycancaya tərcümə edən və ön söz müəllifi, nəvaişünas Almaz Ülvi Binnətova. – Bakı, “Elm və təhsil”, 2025, 426 səh. (nəşrə hazırlayan: Natan Mallayev (1972) və Almaz Ülvi Binnətova (2025). yaradıcılığı haqqında. – “Ədəbiyyat və incəsənət”, 23 dekabr 1976; Mollayev Natan. Sənətkar unudulmur. (M. Şeyxzadə yaradıcılığı haqqında). – Azərbaycan, 1969, №4, s.50-51. Rza Xəlil. Maqsud Şeyxzadə (monoqrafiya). – B. , “Bilik”, 1978, 67 s.; Şeyxzadə Maqsud. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Şeirlər. – B. , Azərnəşr, 1972. 266 s.; Şeyxzadə Maqsud. Seçilmiş əsərləri. 2 cilddə. II cild. Poema və pyeslər. – B., Azərnəşr,1973. 284.; Şeyxzadə Maqsud. Əks – səda (ön söz Abbas Zamanov). – B., Yazıçı, 1979, 141 s. ; Teymur Maarif. Ədibin nadir fotoşəkilləri (M. Şeyxzadə haqqında). – “Bakı”, 13 iyun 1979; Ülvi Almaz. Türk dünyasından səhifələr: görkəmli özbək şairləri. Qafur Qulam, Maqsud Şeyxzadə. – “Elm”, 30 oktyabr 2006; Ülvi Almaz. İki xalqın övladı. (M. Şeyxzadə –100) – “Xalq qəzeti”, 14 oktyabr 2008; Ülvi Almaz. M.Şeyxzadə – iki xalqın oğlu. – “Azərbaycan və azərbaycanlılar” (AMEA Rəyasət heyəti), 2007, №1-4, s.158-172 (ingilis dilində); Ülvi Almaz. Maqsud Şeyxzadənin dramaturgiya yaradıcılığı. “Elmi axtarışlar” (AMEA Folklor İnstitutu), XXXI, 2007, s. 156–160; Ülvi Almaz. Türk dünyasından səhifələr - görkəmli özbək şairləri.- Maqsud Şeyxzadə, Zülfiyyə. – “Elm”, 19 dekabr 2006; Azərbaycan - özbək (çağatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər). – Bakı, Qartal, 2008. 334 səh. (Maqsud Şeyxzadə taleyi və yaradıcılığı 224-276); Naim Karimov. Maksud Shayxzoda / maarifiy-bioqrafik roman. – Toshkent, “Sharq” 2009, 400 бет.; Almaz Ülvi Binnətova. Özbək ədəbiyyatı (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr, yol qeydləri). – Bakı, “Elm və təhsil”,2016, 314 səh.; İki xalqın oğlu. Maqsud Şeyxzadə. Anadan olmasının 110 illiyi münasibətilə. Məruzələr, məqalələr və fotolar toplusu. – Bakı: Elm və təhsil , 2019. – 400 s. + illüstrasiyalar; Prof.Dr.Almaz Ulvi, Dos.Umid Bekmuhammad. “Maqsud Shayxzadə va uning “Jaloliddin Manguberdi” dramasi. publitsistik ocherklar, drama / so'zboshi mualliflari:A.Ulviy, U.Bekmuhammad. – Urganch, “Ogahiy”, 2023, 176 b. (b.9-20). və sair onlarla kitablar, məqalələr