scieee AI-readable full text Open interactive document viewer

ELM VƏ TƏHSİLİN YENİLƏŞMƏSİ PROSESİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN ƏHƏMİYYƏTİ

Faiq Qəzənfər oğlu Ələkbərli

Abstract

Azərbaycan Respublikası müstəqillik dönəmində elm və təhsil sahəsində bir sıra reformalar-islahatlar həyata keçirsə də, hələ də bəzi problemlərlə üz-üzədir. Özəlliklə, müəllim-tələbə, alim-magistr, alim-doktrant arasında ziddiyyətlər özünü daha çox büruzə verir. Bu o anlama gəlir ki, yalnız yeni qanunlarla, reformalarla elm və təhsildə ciddi dönüşün baş verməsini gözləmək doğru deyildir. Məqalədə də elm və təhsillə bağlı problemlər, onun həll yolları göstərilməyə çalışılmışdır.

Full text

24 Andras Hamori. ed. by Margaret Larkin and Jocelyn Sharlet. Wiesbaden: Harrassowitz, pp. 207−220. ELM VƏ TƏHSİLİN YENİLƏŞMƏSİ PROSESİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN ƏHƏMİYYƏTİ Faiq Qəzənfər oğlu Ələkbərli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, Azərbaycan, Bakı [email protected] https://orcid.org/0000-0002-8865-568x Xülasə Azərbaycan Respublikası müstəqillik dönəmində elm və təhsil sahəsində bir sıra reformalar-islahatlar həyata keçirsə də, hələ də bəzi problemlərlə üz-üzədir. Özəlliklə, müəllim-tələbə, alim-magistr, alim-doktrant arasında ziddiyyətlər özünü daha çox büruzə verir. Bu o anlama gəlir ki, yalnız yeni qanunlarla, reformalarla elm və təhsildə ciddi dönüşün baş verməsini gözləmək doğru deyildir. Məqalədə də elm və təhsillə bağlı problemlər, onun həll yolları göstərilməyə çalışılmışdır. Açar sözlər: Sovet təhsili, Qərb təhsili, milli təhsil, yeniləşmə, tolerantlıq, milli dəyərlər, milli şüur Резюме Не смотря на то, что во время своей независимости Азербайджанская Республика провел некоторые реформы и преобразование в области науки и образования, но значительные проблемы и по сей день остаются еще не решаемыми. В особенности, между учителями и учениками, учеными и магистрами, учеными и докторантами проявляется больше противоречий. Это означает, что опираясь только на новые законы и реформы ожидать в области образования серьезные изменения не правильно. В статье анализируется проблемы в области науки и образования. Ключевые слова: Советское образование, западное образование, национальное образование, обновление, толерантность, национальные ценности, национальное сознание Giriş. Bu gün təhsildə diqqətçəkici əsas məsələ təhsiln yeniləşməsi prosesində orta və ali məktəblərdə milli-mənəvi dəyərlərin əhəmiyyətinin dərkidir. Çünki təhsil sahəsində çalışanlarla, yəni təhsil verənlərlə təhsil alanlar arasında yeniləşmə prosesi çərçivəsində müəyyən problemlərin ortaya çıxması müşahidə olunmaqdadır. İlk baxışda bu fərqlər və ziddiyyətlər qloballaşma kontekstində tolerantlıq, çoxmədəniyyətlilik, inovvasiyalaşma, liberallaşma ilə əsaslandırıla bilər. Amma bu gün müəllimlərlə tələbələr arasındakı ünsiyyət və anlaşmada nəzərə çarpacaq dərəcədə problem varsa, deməli burada əsas məsələ tolerant dövlət, müasir insan, çoxmədəniyyətli, liberal ölkə 25 olmaq deyil, hər iki tərəfin dünyagörüşündəki sosial-psixoloji və fəlsəfi ziddiyyətlərin mahiyyətidir. Ümumiyyətlə, öncəlliklə tolerantlıq, çoxmədəniyyətlilik, liberallıq, kosmopolitizm və bu kimi anlayışların, ideyaların gənc nəsilə - şagirdlərə və tələbələrə aşılanmasında həddən artıq həssas olmalıyıq. Qeyd edək ki, bu kimi problemlərlə ilk dəfə qarşılaşmırıq, bunun ən bariz nümunəsi 1920-1930-cu illərdə Sovetlər Birliyində, o cümlədən Azərbaycanda da mövcud olmuş Sovet kosmopolitzmidir. O zaman Azərbaycanda Sovet kosmopolitzminin kor-koranə təbliğatçıları, indiki radikal tolerantlıq, qərbləşmə, yeniləşmə, müasirləşmə tərəfdarları kimi milli-mənəvi irsimizə aid olan maddi-mənəvi dəyərlərə qarşı çıxırdılar [5, s.28-31]. Bu gün də bəzən milli-mənəvi dəyərlərə aid hər hansı dəyərləndirmə radikal tolerantlıq, müasirləşmək, liberallıq tərəfdarlarınca mühafizəkarlıq, gerilikçilik kimi qarşılanır. Bir sözlə, ifrat Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə qamaşdırıb. Bu gün Azərbaycanda əsas məsələ tolerant, kosmopolit, liberal, müasir insan olmaq deyil, təhsil və elmdə milliliyi psixoloji-fəlsəfi anlamda mühafizə etmək olmalıdır. Biz, ilk növbədə dünya üçün deyil Azərbaycan və Türk dünyası, Türk ailəsi üçün vətəndaşlar yetişdirməliyik. Hər halda vətəninə, millətinə, dövlətinə sahib çıxa bilməyən tolerant, kosmopolit, liberal, müasir insanın dünya, bəşəriyyət üçün bir şeylər etməsi çox da inandırıcı deyil. Məlum olduğu kimi, bütün dövrlərdə müəllim və şagird ya da müəllm və tələbə arasında fikir ayrılıqları olmuşdur. Amma bunun üzərinə iki fərqli sosial-siyasi və ideoloji quruluşda yaşamaq məsələsi də əlavə olunursa, dogrudan da yeni dövr müəllimlərinin milli-mənəvi dəyərləri çərçivəsində psixoloji-fəlsəfi dünyagörüş baxımından hansı zorluqlar yaşadıqları məlumdur. Müəllimlər, alimlər bir siyasi-ictimai quruluş da yaşayıb, bundan da irəli gələrək fərqli təhsil sistemi görübsə, ancaq artıq yeni bir siyasi-ictimai quruluşla və həmin quruluşun şagirdləri-tələbələri ilə başbaşa qalıbsa, bunu sıradan bir vəziyyət saymaq qətiyyən doğru deyildir. Əgər kimlərsə, özəlliklə təhsil və elm siyasətinin aparıcıları bu məsələni ciddiyə almırlarsa, bu o deməkdir ki, bütöv bir nəslin gələcəyi zərbə altında qalır [6, s.47-48]. Çünki bir millətin gələcəyi onun gənc nəslinin hansı dəyərlər əsasında formalaşmasıyla çox bağlıdır. Ən azı ona görə ki, bir toplumu bütün anlamlarda (istər fikir döyüşündə, istərsə də hərb meydanlarında) daha çox ayaq üstə tutan, müdafiə edən multikultural, kosmopolit, liberal düşüncəli gənclər deyil, milli-mənəvi dəyərlərə sahib gənclər olurlar. Bu anlamda müəllimin özündə, yəni şüurunda mill-mənəvi dəyərlər öncüllüyündə psixoloji-fəlsəfi dünyagörüş olmalıdır ki, gənc nəslə də bu yöndə təlim-tərbiyə verə bilsin. Hesab edirik ki, Azərbaycanda müəllim və alim hazırlama siyasətində müstəqilliyimizin bərpasından (1991) bu günə qədər ciddi işlər görülməklə yanaşı, boşluqlara da yol verilmiş, bunun da nəticəsində yeni nəslin milli-mənəvi dəyərlər prinsipləri əsasında formalaşaması bəzi hallarda quru söz olaraq qalmışdır [1, s.76-79]. Məsələnin bu cür səviyyəyə gəlib çıxmasının isə müxtəlif səbəbləri vardır. Azərbaycanın təhsil sahəsindəki ən ciddi problem bir tərəfdən bu sahədəki idarəedicilərin əksəriyyətinin ―Sovet məktəbi‖, ―Sovet elmi‖ düşüncəsindən qurtulmaması, digər tərəfdən təhsil və elm idarəçiliyinə gənc kadr kimi cəlb edilənlərin əksəriyyətinin burunlarından uzagı görə bilməmələridir. Bəzən belə bir fikir yarana bilər ki, kimlərsə bilərəkdən Azərbaycan elm və təhsilində intellektual, milli kadrların olmasının qarşısını alırlar. Belələri sadəcə, dünyaya təhsil və elm sahəsində ideal qanunlarmızın olmasını 26 göstərməklə kifayətlənirlər. Gənclərimizə də daha çox çoxdillilik və kompyüter bilgilərinin olmasını təlqin edirlər. Halbuki bunlardan önəmlisi milli-mənəvi dəyərlər öncüllüyündə milli fəlsəfi dünyagörüşünün formalaşmasıdır. Məsələn, təhsil sistemindəki boşluqların nəticəsidir ki, ―Təhsil haqqında‖ qanun qəbul olunduqdan sonra da dediyimiz müddəaların gerçəkləməsi yolunda problemlər vardır. Üstəlik, orta və ali məktəblərdə islahatlar adı altında Sovetlər Birliyi dönəmindən qalan pis-yaxşı təhsil sistemi də çökmüşdür. Bizcə, Bolonya və Kredit, Kirrikulum təhsil sistemi kimi Avropadan-Qərbdən Azərbaycana gətirilərək tətbiq edilənlər Azərbaycanın gənc nəslinin intellektual və milli kadr kimi formalaşmasında çox da uğurlu olmamışdır. Çünki həmin təhsil sistemləri Avropa ali məktəblərində ayrı-ayrı dönəmlərdə sınaqlardan keçirilərək tətbiq olundugu halda, Azərbaycanda isə bəzən kor-koranə həyata keçirilmişdir. Fəlsəfə elmləri doktoru Müslüm Nəzərov yazır: ―Modernləşən, Qərb dünyası ilə tərəfdaşlıq münasibətlərini inkiaf etdirən Azərbaycan kəskin dilemma qarşısında durur. Bir tərəfdən makrosəviyyədə sosiomədəni qloballaşma və standartlaşma, unifikasiya prosesləri, digər tərəfdən də tarixi genofondu, ənənəvi mədəniyyəti qoruyub saxlamaqzərurəti bütün kəskinliyi ilə göz önünə gəlir. Ölkə hansı yolla gedəcəkdir? Ən yaxşı Avropa nümunələrini götürməklə ənənələri, mədəniyyəti, təhsil səviyyəsini qoruyub saxlaya biləcəkmi, yoxsa milli sərvətimiz olan ən gözəl təhsil ənənələrini inkar edərək Avropa təhsil ənənələrini götürəcəkdir? Yəni, söhbət bizim Avropadan nəyi götürməyimizdən gedir: təhsil texnologiyalarını, təhsil fəaliyyəti praktikası, yoxsa təhsilin ―ideyasını‖, yəni sosiumun aparıcı prinisipləri haqqında ümumi baxış və təsəvvürlər sistemini?‖ [4, s.238]. Öncəlliklə, bu günə qədər Azərbaycanda ibtidai sinif müəllimlərinin hazırlanması prosesi yetərli səviyyədə deyildir. Belə ki, təhsil sahəsində hələ də tam qurtula bilmədiyimiz rüşvət və başqa qeyri-qanini hərəkətlər ibtidai sinif müəllimlərinin hazırlanması prosesinə də mənfi təsirini göstərmişdir. Gənc ibtidai sinif müəllimlərinin bir qisminin yetərincə həm ixtisas biliklərinə, həm də milli-mənəvi dəyərlərə, fəlsəfi dünyagörüşə malik ola bilməməsi, onlara münasibətdə etimad hissini formalaşdırmamışdır. Bunun da nəticəsidir ki, bu gün Azərbaycan valideynlərinin xeyli bir qismi uşaqlarını 1-ci sinfə yollayarkən, gənc ibtidai sinif müəllimlərinə deyil, daha çox Sovet dövrünün təcrübəli, yaşlı nəslinə üz tuturlar. Bizcə, ibtidai sinif müəllimlərinin gəncləşdirilməsi çox önəmlidir. Amma onların milli-mənəvi dəyərlər çərçivəsində hazırlanması ondan da vacibdir. Digər tərəfdən təhsil sahəsində ən ciddi problemi təhsili idarə edənlərlə, yəni rəhbərlik məsələsiylə baglıdır. Başqa sözlə, yeni nəsilin təhsillə əlaqəli həm ―Sovet məktəbi‖ndən qalma psixoloji-fəlsəfi problemli müəllimi, həm də ―Sovet zehniyyətli‖ idarəedicisi problemi var. Bu anlamda ―Sovet məktəbi‖ təhsili sistemi ideolojisindən qurtula bilməyən müəllimlərin və təhsil idarəedicilərinin müstəqil gənc nəsli milli şuurda, milli-mənəvi dəyrələr əsasında formalaşdırması inandırıcı deyildir. Maraqlıdır ki, Sovet təhsili sisteminin yüksək keyfiyyətindən danışan bu müəllimlərin və təhsil idarəedicilərinin əksəriyyəti təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki indi ibtidai, orta, texnikum və ali məktəblərdə, universitetlərdə çalışan müəllimlərin, milli təhsil sistemindəki idarəedicilərinin xeyli qismi istəsək də, istəməsək də Sovetlər Birliyi dönəminin yetirmələridir. Belə olduğu təqdirdə, həmin müəllimlər, təhsil idarəediciləri nədən SSRİ dönəmindəki təhsil keyfiyyətini şagirdlərə, tələbələrə 27 verə bilmirlər? Yəni buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlər və təhsil idarəedicilərinə görə problem onlarla deyil, milli təhsil sistemindəki boşluqlarla bağlıdır. Onlar bu məqamda bir qədər haqlıdırlar. Doğrudan da təhsil sistemimiz də milli stategiya baxımından bəzi boşluqlar vardır. Yəni tam olaraq Azərbaycam təhsil sistemi nə Avropa təhsilinə, nə də Şərq təhsilinə uygun deyildir. Təhsil sistemindəki natamamlıqda isə əsas rol ―Sovet məktəb‖ini bitirmiş müəllimlərin və təhsil idarəedicilərinin üzərinə düşür. Hər halda bu bir gerçəklikdir ki, bu gün milli şüurun (vətənpərvərlik, millətpərvərlik, islampərvərlik və s.) istənilən keyfiyyətdə formalaşmamasının əsas səbəbkarları ―Sovet məktəb‖ini bitirmiş müəllimlər və təhsil idarəediciləridir. Onlar dünyagörüşcə ―Sovet milləti‖nə əsaslandıqları üçün gənc nəsildə müstəqill fəlsəfi dünyagörüş və millilik ruhunu aşılamaqda çətinlik çəkirlər. Üstəlik, ―Sovet məktəb‖ini bitirmiş müəllimlər qurtula bilmədikləri sovet ideolgiyasının təsiri altında yazdıqları dərsliklər, dərs vəsaitləri və digər kitablarla şagirdlərin, tələbələrin milli şüurda formalaşmasına əngəl olurlar. Hazırda milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına nail olmaq üçün iki məsələyə:1) təhsil bazası; 2) müəllim-ziyalı kontingentinə xüsusi diqqət yetirmək lazımdır. Milli-mənəvi dəyərlər baxımından ilk addımlar məhz bu sahələrdə atılmalıdır. Özü də bu təxirəsalınmaz şəkildə həyata keçirilməlidir. Biz istəsək də, istəməsək də bu bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə yaşayıb və ―sovet beynəlmiləlçiliyi‖ ruhunda təhsili alıblar. Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli məfkurə anlayışlarına özünəməxsus münasibətləri vardır. Bu münasibətdən dolayı onları ittiham etmək, əsasən doğru deyildir. Yeni nəslin isə pis-yaxşı, milli məfkurə probleminə onlardan fərqli baxışı var. Bu o demək deyil ki, hökmən yeni nəsil və sovet nəsli hansısa məsələlərdə hökmən ya razılaşmalı, ya da inkar yolu tutmalıdır. Fikrimizcə, burada əsas olan ilk növbədə, ortaq nöqtələrin tapılması və uzlaşdırmaların olmasıdır [2, s. 296]. Qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən (məsələn, fərdin azadlığı millətin və dövlətin azadlığında üstündür) ideyaların içində şüurlarımıza yeridilən, ancaq milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq. Bu mənada, qloballaşma prosessi ilə bağlı Səlahəddin Xəlilovun fikirləri çox anlamlıdır: ―İndi qloballaşma adı altında baş verən proseslər əslində bir qütblü dünyanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bayraq altında sıraya düzülməsi, bir dilin başqa dilləri, bir siyasi iradənin başqa siyasi iradələri, bir iqtisadi marağın başqa maraqları sıxışdırıb çıxarması ilə müşaiyət olunur‖ [7, s.22]. Hər bir gənc ilk növbədə, yaşadığı dövrün, mühitin, təhsilin və mədəniyyətin yetişdirməsidir. Bu anlamda milli şüurun formalaşması prosesində təhsil bazisinə xüsusilə diqqət yetirilməlidir. Milli-məənəvi dəyərlər üçün vacib olan milli şüurun formalaşması baxımından isə təhsil bazisində: 1) tarixi şüur; 2) mədəniyyət şüuru nəzərə alınmalıdır. Bu mənada, hazırda milli şüurun formalaşmasında çox vacib olan milli mədəniyyət və milli tarix şüurunun öyrənilməsinə böyük ehtiyac var. Hər bir millətin varlığı və gələcəyi onun tarixi (dövlətçilik ənənələri, qəhrəmanların obrazı, hökmdarların şəxsiyyəti və s. ) və mədəniyyət (adət-ənənələr, törələr, alimlərin-şairlərin elmi və ədəbi 28 əsərləri və s.) şüurunun səviyyəsi ilə bağlıdır. Ancaq bu gün tarixi və mədəni şüurumuz yarımçıqdır. Özəlliklə, tarixi və mədəniyyət şüuru baxımından milli yaddaşı dolaşdırılmış bir cəmiyyətdə insanların xeyli qismi özünə özünün deyil, başqalarının, yad millətlərin gözü ilə baxırlar. Bütün bunlar toplumda natamamlıq, yarımçıqlıq kompleksi yaradır. Hətta, bəzən özgələşmə prosesi o dərəcəyə gəlib çatır ki, başqa millətlərin aydınlarının onun tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı verdiyi bilgilərə möhtac qalır. Şübhəsiz, başqa millətlərin aydınlarının bilgiləri də çox vaxt təhrif olunmuş şəkildə çatdırılır. Bu təhrif olunmuş bilgilərlə milli özünüdərk daha da mürəkkəbləşir. SSRİ dövründə sovet ideologiyasına uyğun Sovet Azərbaycanı xalqının fəlsəfəsini, tarixini, mədəniyyətini, ədəbiyyatını yazanlar imperiyanın süqutu və ictimai quruluşun dəyişməsindən sonra isə sözdə milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyətlə bağlı monoqrafiya və kitablar yazmağa başladılar. Halbuki Sovet ideologiyasının hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin təbliğatçıları və ideoloqları olmuş bu insanların əksəriyyətinin nə dərəcədə məslək və əqidə dəyişdirmələri özü çox mübahisəli məsələdir. Müstəqilliyin ilk illərindən başlayaraq bu cür alimlərin əksəriyyəti birdən-birə 180 dərəcə dəyişib, SSRİ dövründə yazdıqlarını və dediklərinin əksini iddia etməyə başladılar. Əlbəttə, bütün bunlar daha çox eyforiya altında baş verdiyi üçün, çox geçmədi ki, sovet dövrünün yetişdirməsi olan alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu ehtiyatlılıq da ondan ibarətdir ki, bir tərəfdən SSRİ dövrünü və sovet ideologiyasını kəskin şəkildə tənqid etməkən qaçmağa başladılar. Çünki başa düşdülər ki, sovet dövrünün ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar etməkdir. Bu baxımdan onlar SSRİ dövrünün ideyalarını elə bir formada tənqid etməyə çalışdılar ki, müəyyən mənada özlərini sığortalaya bilsinlər [3, s. 205]. Beləliklə, deyə bilərik ki, Azərbaycanda milli təhsil və elmi inkişaf prosesinin müəyyən qədər ləng getməsində SSRİ dövrünün təhsil-tərbiyəsi ilə Avropaya inteqrasiya arasındakı ziddiyyətlər özünü çox büruzə verir. Nəticə. Ümumiyyətlə, təhsil milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında ən vacib vasitələrdən biri, bəlkə də birinicisdir. Çünki təhsil milli şüurun, milli-mənəvi dəyərlərin formalaşmasında bazis rolunda çıxış edir. Əgər bir millətin təhsil bazisi yetərli deyilsə, yaxud da təhsil bazisində kifayət qədər bir-birinə zidd bilgilər varsa, o zaman üstqurum olan milli şüurun formalaşması prosesində problemlər olacaqdır. Başqa sözlə, təhsili problemli olan bir cəmiyyətin milli şüur səviyyəsinin normal səviyyədə olması mümkün deyildir. ƏDƏBİYYAT: 1. Cəfərova M. Müstəqillik dövründə Azərbaycanda təhsil və elmin inkişaf dinamikası. Elmi əsərlər №2 (25), Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, ―AMEA FH-nin nəşriyyatı‖, 2015 dekabr. 2. Ələkbərov F. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış. Bakı: Elm və təhsil, 2014. 3. Əsədov A. Azərbaycanlı ideyası və azərbaycançılıq ideologiyası....(Konfrans materialları). Bakı, ―ADPU-nun mətbəəsi‖, Bakı: Elm, 2013. 29 4. Nəzərov Müslüm. Müasir dövrdə təhsilin sosiomədəni problemləri. Bakı, Mütərcim, 2018. 5. Nazim Ə. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1979. 6. İsazadə E. Tələbələrin təlim şəraitinə adaptasiyasının psixoloji çətinlikləri. ―Sosial və humanitar elmlərin müasir problemləri‖ jurnalı. Bakı: SBS, 2015 noyabr. 7. Xəlilov S.S. Sivilzasiyalarası dialoq. Bakı, ―Adiloğlu‖ nəşr., 2009. СИНЕРГИЯ ТЕОРИЙ ЛИДЕРСТВА И ЭМОЦИОНАЛЬНОГО ИНТЕЛЛЕКТА: СОВРЕМЕННЫЕ ТЕОРЕТИЧЕСКИЕ ОСНОВЫ Комилжон Муротмусаев, Университет Ориентал, кафедра «Педагогика непрерывного образования», кандидат медицинских наук, доцент Ташкент, Узбекистан. ORCID: 0000-0003-3154-4900, [email protected] Аннотация В статье освещается взаимосвязь между теориями лидерства и эмоциональным интеллектом, а также их значение в современном социальнопсихологическом анализе. Эволюция теорий лидерства — харизматического, транзакционного и трансформационного подходов — рассматривается в связи с концепцией эмоционального интеллекта. В основу исследования положены теории эмоционального интеллекта Д. Гоулмана, П. Саловея и Дж. Майера, а также модель трансформационного лидерства, предложенная Б. Бассом и Дж. Аволио. Эта интеграция демонстрирует важность сочетания личностных качеств, социальных способностей и культуры коммуникации в подготовке молодого поколения лидеров. Ключевые слова: лидерство, эмоциональный интеллект, трансформационное лидерство, аутентичное лидерство, социальнопсихологические характеристики, эмпатия, управление стрессом, коммуникативная компетентность, университетская среда, студенты-лидеры, социальная ответственность, кросс-культурная коммуникация. Аннотация: Мақолада лидерлик ва эмоционал интеллект назарияларининг ўзаро уйғунлиги, уларнинг замонавий ижтимоий-психологик таҳлилдаги аҳамияти ѐритилади. Лидерлик назарияларининг эволюцияси – харизматик, трансакцион ва трансформацион йўналишлар – эмоционал интеллект концепцияси билан боғланиб таҳлил этилган. Тадқиқотларда Д. Гоулман, П. Саловей ва Ж. Майернинг эмоционал интеллект назариялари ҳамда Б. Басс ва Ж. Аволио каби олимларнинг трансформацион лидерлик модели асос қилиб олинган. Ушбу уйғунлик ѐш авлод лидерларини тайѐрлашда шахсий хислатлар, ижтимоий қобилиятлар ва мулоқот маданиятининг интеграцияси муҳим эканини кўрсатади.