scieee AI-readable full text Open interactive document viewer

THEMES OF RELIGION, ORIENTALISM AND COLONIALISM IN THE WORKS OF ANTHONY BURGESS

Mamedova A.

Abstract

Abstract The article examines the impact of colonial policy on pre-independence Malay socierty through the creative activity of Anthony Burgess. Here, British colonialism based on the ideology of integrative governance, religious approaches in society and the clash of east-west cultures are analyzed. Besides, the Malay society during the colonial period, the Europeans` thoughts about the Malays and, at the same time, the non-European literary critic`s opinions about that period and Anthony Burgess`s approach are mentioned. The article explores the differences between rulers and ruled, colonial ideology and colonial power. Depicted through a combination of characters from different origins such as Malays, Chinese and Indians, the administration of Malaysia shows the unifying role of government policy, education, change in thinking and self-criticism, patriotism and monarchy.

Full text

Norwegian Journal of development of the International Science No 166/2025 87 PHILOLOGICAL SCIENCES THEMES OF RELIGION, ORIENTALISM AND COLONIALISM IN THE WORKS OF ANTHONY BURGESS Mamedova A. Phd Candidate at Azerbaijan University Lecturer at the English Language Department at Baku Engineering University Khirdalan, Azerbaijan ENTONİ BERCESSİN YARADICILIĞINDA DİN, ORİYENTALİZM VƏ MÜSTƏMLƏKƏÇİLİK MÖVZULARI Mamedova A. Azərbaycan Universitetinin doktorantı Bakı Mühəndislik Universitetinin “İngilis dili” kafedrasının müəllimi Xırdalan, Azərbaycan https://doi.org/10.5281/zenodo.17352723 Abstract The article examines the impact of colonial policy on pre-independence Malay socierty through the creative activity of Anthony Burgess. Here, British colonialism based on the ideology of integrative governance, religious approaches in society and the clash of east-west cultures are analyzed. Besides, the Malay society during the colonial period, the Europeans` thoughts about the Malays and, at the same time, the non-European literary critic`s opinions about that period and Anthony Burgess`s approach are mentioned. The article explores the differences between rulers and ruled, colonial ideology and colonial power. Depicted through a combination of characters from different origins such as Malays, Chinese and Indians, the administration of Malaysia shows the unifying role of government policy, education, change in thinking and self-criticism, patriotism and monarchy. Xülasə Məqalə Entoni Bercessin yaradıcılığı zəminində müstəmləkəçilik siyasətinin Malay cəmiyyətinin müstəqillikdən öncəki dövrünə təsirini araşdırır. Burada bütünləşdirici idarəçilik idealogiyasına əsaslanan Britaniya müstəmləkəçiliyi, cəmiyyətdəki dini yanaşmalar və şərq-qərb mədəniyyətlərinin toqquşmaları analiz edilir. Həmçinin, müstəmləkəçilik dövründə Malay cəmiyyəti, avropalıların malaylar haqqındakı düşüncələri və ,eyni zamanda, avropalı olmayan ədəbi tənqidçilərin həmin dövr və Entoni Bercessin yanaşması haqqındakı fikirləri qeyd olunmuşdur. Məqalədə idarəçilər və idarə olunanlar arasındakı fərqliliklər, müstəmləkəçilik idealogiyası və müstəmləkəçi hakimiyyət tədqiq olunur. Malayalılar, çinlilər və hindlilər kimi müxtəlif köklərdən gələn xarakterlərin birləşməsi vasitəsilə təsvir edilən Malayziyanın idarəsində hökumət siyasətinin tətbiq olunması, təhsil, düşüncə və özünü tənqiddə dəyişiklik, vətənsevərlik və monarxiyanın birləşdirici rolu olduğu göstərilir. Keywords: colonialism, orientalism, religion, eastern and western society Açar sözlər: müstəmləkəçilik, oriyentalizm, din, şərq və qərb cəmiyyəti GİRİŞ Con Entoni Bercess Uilson ingilis ədəbiyyatının görkəmli bir nümayəndəsi olub, yazıçı, şair, bəstəkar, tənqidçi, dilçi və tərcüməçi olaraq tanınır. O, 25 fevral 1917-ci ildə İngiltərənin Mançestr şəhərində anadan olmuşdur. Anasını və bacısını “İspan qripi” pandemiyasında itirmiş və bu itkidən sonra o, ciddi dini mühitdə böyüdülmüş və bunun, onun dünyagörüşünün formalaşmasına əsaslı və davamlı təsirir olmuşdur. Uşaq yaşlarından Bercesse irland katolik məzhəbinə məxsus olduğu aşılanmış, daha sonra isə təhsilini dini idarəetməsi olan Xaver kollecində davam etdirmişdir. Burada o, yaxşılıq və pislik, mənəvi azadlıq və sosial hakimiyyət kimi önəmli mövzulara maraq göstərmiş və daha sonralar öz əsərlərində bu mövzulara geniş yer ayırmışdır. Buna baxmayaraq, Bercess həyatı boyu katolik olduğunu danmışdır. Bercess 1936-cı ildə musiqi üzrə təhsil almaq məqsədilə Mançestr Universitetinə qəbul olur. Qiymətləri aşağı olduğundan Musiqi Kafedrasına qəbul olmasa da, əvəzində Mançestr İngilis Dili Kafedrasında bəstə və dilçiliyə yönəlir. [1] Bakalavr təhsilini 1940-ci ildə tamamlayaraq Kral Ordusu Tibbi Birliklərinə daxil olur, daha sonra isə Kral Ordusu Təhsil Birliyinə keçid edir və 1946-cı ilə qədər orduda xidmət edir. Müharibədən sonra Bercess Börminqhem Universitetində, Təhsil Nazirliyində və Banbury Qrammatika Məktəbində müəllimlik edir. 1954-cü ildə isə Koloniya Ofisində tədris vəzifəsinə qəbul alaraq Malay və Bruneidə fəaliyyət göstərir. Malayada olan zaman Bercess “Anthony Burgess” təxəllüsü ilə ilk romanları olan “Time for a Tiger” (“Pələng Zamanı”, “The Enemy in the Blanket” (“Yorğan altında Düşman”) və “Beds in the East” (“Şərq yataqları”) əsərlərini nəşr etdirir və bu əsərlər daha sonralar “Malay Trilogiyası” adı altında yenidən nəşr olunurlar. [3] 1959-cu ildə Bercessə ölümcül xərçəng xəstəliyi diaqnozu qoyulduqdan sonra o, İngiltərəyə göndərilir və Koloniya Ofisindən tərxis edilir. Öldükdən sonra 88 Norwegian Journal of development of the International Science No 166/2025 həyat yoldaşını imkansız və gəlirsiz qoyacağından narahat olaraq, Bercess növbəti il beş roman, 1964-cü ilə qədər isə ümumilikdə on bir roman yazır. Bunlara “Həkim Xəstələndi”, “Arzu Toxunuşu”, “Mexaniki Portağal”, “Ayılar üçün Bal” və “Günəşə Oxşamayanlar” romanları daxildir. O, həmçinin, Cozef Kell təxəllüsü ilə “ Bir Əl Çalır” və “Mister Enderbinin Daxilində” adlı iki əsər yazır. Növbəti illərdə Bercess həkiminin proqnozlarını səhv çıxardaraq günə iki min sözdən ibarət yazılar yazır və romanlarından qazandığı gəlirə əlavə olaraq, bir çox qəzet və jurnallarda ədəbi baxışlar və esselər nəşr etdirir. Bundan başqa, Bercess ingilis ədəbiyyatı, dilçilik, Ceyms Coys, D. H. Laurens və Uilyam Şekspirin əsərləri haqqında kitablar da yayınlayır. [1] Artıq 1970-ci ildən etibarən Bercess Britaniya və Avropada öz satirik stili və dilçilikdə olan yenilikləri ilə tanınırdı. “Mexaniki Portağal” romanının film versiyası Amerikada yayınlandıqdan sonra onun şöhrəti daha da artır. Bercess son iki onillikdə yenə yazmağa davam edir və otuzdan çox roman nəşr etdirir. Əlavə olaraq, o, ədəbiyyat dərsliklərini redəktə edir, bir neçə tərcümələr nəşr etdirir, film və televiziya üçün ssneari yazır və onun “ilk sevgisi” olan musiqi bəstələməyə davam edir. 1990-cı illərin əvvəllərində Bercess artıq altmışdan çox kitabın, 150-dən çox musiqi bəstəsinin müəllifi idi və geniş miqyasda məqalələr və rəylər nəşr etdirməyə davam edirdi. O, həkimlərin ona bir illik ölümcül xərçəng diaqnozu qoymasından 34 il sonra 76 yaşında vəfat edir. [3] Bercessin katolik mühitində böyüdülməsi onun bir çox əsərlərində, xüsusilə, onun mənəvi və fəlsəfi fikirlərində ciddi şəkildə hiss olunur. Günah, günahların bağışlanması və sərbəst iradə kimi katolik mövzular onun romanlarında tez-tez təkrarlanır və xüsusi incəliklər və ironiyalarla məntiqli şəkildə araşdırılır. On altı yaşından etibarən özünü inancsız olaraq adlandırmasına və dini təşkilatlanmaları daim tənqid etməsinə baxmayaraq, katolik dini Bercessin əxlaq, incəsənət və insan təbiəti kimi düşüncələrini formalaşdırmışdır və dini mövzulara həm yazdığı musiqilərində, həm də xəyalpərəst əsərlərində toxunmaqdan çəkinməmişdir. Bercess özünü “dindən dönmüş katolik” anlandırırdı və yaşı artdıqca kilsənin sərt qayda-qanunları ilə mübarizəsi də artırdı. O, doqmaları və kor-koranə inancları tənqid edirdi və dini məsələlərə məntiqi və şübhəli yanaşma tərzini sevirdi. Onun bir çox romanı dini təsvirlər, simvolizm və kinayələrlə zəngindir. Məsələn, onun ən çox mədh olunan əsərlərindən olan “Dünyəvi Güclər” (“Earthly Powers”) romanı inanca, əxlaqa və allahın mövcudluğuna dair sualları özündə ehtiva edir. Bu əsər hedonist yazıçı və müqəddəs keşişin həyatlarını qarşılaşdırır. Həmçinin, Bercessin ilahiyatla bağlı müzakirələri, xüsusən də, insanın əzabları və ilahi ədalət kimi mövzular romanda öz əksini tapmışdır. [3] Ən məhsuldar ingilis yazıçılarından olan Entoni Bercess ədəbi yaradıcılığına 40-lı yaşlarından başlasa da, dünya ədəbiyyatında müstəmləkəçilik mövzusuna toxunan və onun əsl üzünü göstərən görkəmli yazıçılardan birinə çevrilir. Bercess demek olar bütün həyatını əsgər olaraq keçirir və Britaniya Müstəmləkə Xidmətinin səyi ilə fəaliyyətini Malayada müəllim olaraq tamamlayır. 1954-cü ildə o, Kuala Kangsar Universitetində malayalıların elit təbəqəsi üçün dərs deməyə başlayır. Bercessin buradakı tədris müddətində qazandığı təcrübələri onun üç əsərində əks olunur: “Time for a Tiger”, “The Enemy in the Blanket” və “Beds in the East”. Daha sonralar bu əsərlər “The Long Day Wanes: Malayan Trilogy”, yəni, “Malay Trilogiyası” adı altında nəşr olunur və məşhurlaşır. Bu romanlar silsiləsində Bercess müstəmləkəçilik dövrü siyasətini, yerli insanların mədəniyyətini, həyat tərzini, müstəmləkəçilərlə yerli xalq arasındakı münasibəti və yaranan problemləri geniş və təfsilatlı şəkildə əks etdirmişdir. [7] On yeddinci əsrin sonlarından başlayaraq, güclü ölkələr müstəmləkəçilik siyasətini geniş şəkildə tətbiq etməyə başlayırlar. Müstəmləkəçilik ideyasının özü yeni ərazilər ələ keçirmək sevdası, müstəmləkə olan ölkələrdə güclənmək, ideologiyaları təyin etmək və orada olan təbii sərvətlərdən faydalanmaq kimi başa düşülür. Müstəmləkəçilik siyasətinin geniş vüsət almağına avropalılar özləri səbəb olmuşdur. Avropalılar diqqətlərini Şərq ölkələrinə yönəltməmişdən qabaq, texnoloji inkişaflardan dolayı ilk öncə Qərb ölkələrinin kəşfinə başladılar. Təəssüf ki, onların bu kəşfiyyatı müstəmləkəçiliyə gətirib çıxarırdı. [10] Bu dövrdən etibarən, ərazilərin kəşfi onların istismarına çevrilməyə başladı. İqtisadiyyatın yenidən qurulması ölkədə qarışıq münasibətə səbəb olurdu və beləliklə, müstəmləkə və əsas ölkə arasında insan və təbii sərvətlərin axını baş verirdi. Bütün bunlar, dominant ölkə üçün üç üstünlüklə nəticələnirdi: ərazinin ələ keçirilməsi, təbii sərvətlərin istismarı və yerli insanların üzərində hökmranlıq etmə. Beləliklə, imperializm güc mənbəyinin mərkəzində dayanmağa başladı. İyirminci əsrdən etibarən bu dominantlıq artıq əvvəllər olduğu kimi silah gücünə deyildi, bu, artıq daha nəhəng və daha qarışıq idi. [4] Britaniya ağılın gücündən, siyasi texnologiyadan, mənəvi və əxlaqi təzyiqdən, ədəbiyyat və kilsə qanunlarına əsaslanan siyasət də daxil olmaqla, mədəni üstünlükdən istifadə edərək müstəmləkəçilik siyasətini aparırdı. Müstəmləkəçilik dövründə yaranan ədəbiyyatın tədqiqi zamanı orada Şərqin təsvirinə necə yer verildiyini də araşdırmaq çox vacibdir. Bütün bu təsvirlər avropalı olmayan və müstəmləkəçiliklə bağlı təcrübəsi olmayan bir müəllifin təsvirlərindən olduqca fərqlidir. Avropalı müəlliflər və ya akademiklər öz əsərlərində daha çox tarixi ümumiləşdirmələr edirlər, sübutlar göstərirlər və Şərq cəmiyyətini və mədəniyyətini romantikləşdirirlər. Bu baxımdan, Entoni Bercessin “Malay trilogiyası” əsəri müstəmləkəçilik dövrünü və sonrasını özündə ətraflı şəkildə ehtiva edir və eyni zamanda, Şərq mədəniyyətinin Avropa stilində necə yazıla biləcəyini özündə əks etdirir. Avropalıların mədəniyyətin dəyərləndirilməsi və qavranılması haqqında öz standartları var. Bu səbəblə, mədəniyyətdəki fərqlilik həmin mədəniyyətin və cəmiyyətin üstün və ya aşağı təbəqəyə aid olması kimi qavranılır. Belə ki, Qərb cəmiyyəti daha çox üstün və inkişaf etmiş, Şərq cəmiyyəti isə aşağı, inkişafın gerisində qalmış, xarici, sirli və, hətta, vəhşi kimi qələmə alınır. [4] Daha sadə dillə desək, Qərb özünü Norwegian Journal of development of the International Science No 166/2025 89 hər şeyin mərkəzi kimi, Şərqi isə qıraq və kənarda qalmış bir mədəniyyət kimi görür. Bu tendensiya oriyentalizmin geniş vüsat almasına gətirib çıxarır və bu anlayış Eduard Səidin 1978-ci ildə nəşr olunmuş “Oriyentalizm” adlı kitabından sonra məşhurlaşmağa başlayır. Ümumilikdə, “oriyentalizm” anlayışı Qərb tərəfindən Şərq həyatına və mədəniyyətinə əsaslanan Şərq dünyasının təvsiri kimi anlaşılır. Çünki, oriyentalizm qərb millətlərinin şərqi müstəmləkəyə çevirdikləri zamankı güclərini göstərmək üçün bir vasitə rolunu oynayır və ona görə də, oriyentalizm və müstəmləkəçilik anlayışları bir-birilə çox yaxındır. Oriyentalizm müstəmləkəçilik tərəfindən yaradılan təsvirləri, stereotipləri və şəxsiyyət məsələlərini analiz edir və Qərbin Şərq haqqında olan anlayışlarının güc dinamiklərinə və müstəmləkə siyasətinin davamlılığına necə təsir etdiyini araşdırır. Oriyentalizm ,həmçinin, müstəmləkəçilərin sahib olduğu baxış bucaqlarına və onların hökmranlıq etdikləri mədəniyyət və cəmiyyətlərin təməlinə əsaslanır. Beləliklə, müstəmləkəçilikdən sonrakı dövrün araşdırılmaları zamanı şəxsiyyət, təmsiletmə və yerli təfəkkür kimi məsələlərin tədqiq olunmasında oriyentalizmdən geniş şəkildə istifadə olunur. [5] Entoni Bercessin “Malay Trilogiyası” romanlar silsiləsi Malayanın müstəqillikdən öncəki vəziyyəti haqqında yazılmış ən önəmli ingilis ədəbiyyatı nümunələrindən biridir. Yahya qeyd edir ki, Bercess bu əsərində Malay cəmiyyətinə avropalı təfəkkürü ilə yanaşır və onların İslam dini haqqındakı düşüncələrini tənqid edərək onların əlaqəsiz olduğunu deyir və animist düşüncə ilə İslam dinin tətbiqindəki uyğunsuzluqları təqdim edir. Lakin Yahyaya görə, Bercess animist düşüncələrin artıq malayalıların həyat tərzinə çevrildiyini görə bilmir. Bununla yanaşı, Zinnatullina və Pobbun Bercessin “Malay Trilogiyası” əsəri üzərindəki araşdırmaları Qərb və Şərq münasibətlərinə köklənir. Onlara görə, Bercess 20-ci əsrin ilk yarısındakı ingilis ədəbiyyatındakı Şərqin ənənəvi təsvirindən uzaqlaşır. Trilogiyada Şərq cəmiyyəti ,əsasən, “geri düşüncəli” və “axmaq” kimi təsvir olunur. Bundan əlavə, müəlliflər qeyd edir ki, Bercess bu əsərində Qərb təfəkküründən və düşüncə tərzindən kənara çıxa bilmir. [2] Müstəmləkəçilik idealogiyasına əsaslanaraq müstəmləkədəki insanların təqdimi formaları həmin insanların zəifliyini, qəribəliyini, nöqsanlarını və keyfiyyətsizliyini vurğulamağa xidmət edir. Səidin “Oriyentalizm” kitabında deyilir ki, bütün bunlar əksər hallarda uydurma olur. Müstəmləkəçilik İdealogiyası belə bir düşüncə tərzinə əsaslanır ki, müstəmləkədəki insanlar, yəni Şərqlilər, mədəniləşdirilməlidirlər və Qərbdə tətbiq olunan üstün əxlaqi və mənəvi standartlara ayaq uydurmalıdırlar. [5] Təəccüblü deyil ki, Bercessin bu trilogiyasında da malayziyalılar yuxarıda qeyd olunan “vəhşilik” və “pislik” kimi oxşar mənfi keyfiyyətlərlə təqdim olunurlar və ,eyni zamanda, əsərdə özünü idarə edə bilməyən, dəyərsiz, uyğunsuz insanları mədəniləşdirmək adı altında müstəmləkəçilik siyasətinin davam etməsinə haqq qazandırılır. Bercessin əsərindəki çox irqli cəmiyyətin mənfi stereotipik təqdimatı aşikardır. Trilogiyada onların fiziki xüsusiyyətləri, dəri rəngləri, danışıqları, vərdişləri, həyat tərzləri və dəyərlərindəki qəribəliklər vurğulanır. Trilogiyaya daxil olan “Şərqdəki Yataqlar” romanı əsərin strukturunun bütün tərəflərini özündə cəmləşdirir. Burada insanlar və xarakterlər, münasibətlər, problemlər və narahatlıqlar, məkanlar, yazı boşluğu növləri, ixtisarlar, ikili bölünmələr vasitəsilə yeni müstəmləkəçiliyin mahir şəkildə təqdimatı əks olunur. Əsərdəki Səid Ömər xarakteri Bercess tərəfindən mənfi obraz kimi verilir və o, müstəqillikdən sonrakı dövrdə idarəçiliyi ələ alan malayalıları necə təmsil etdiyinə nümunə olaraq göstərilir. Onun simasında müstəqillikdən sonra idarəçiliyi ələ alan malayalıların necə hazırlıqsız və səriştəsiz olduğu təsvir olunur. Əsərin ilk bölümü sadəcə divarla ayrılmış formada iki həyat yoldaşının arasında uzanmış Səid Ömərin gülünc təsviri ilə başlayır. Bu səhnə İslam dinindəki iki yoldaşlılığın qanuniliyinə bir işarədir və malayalıların rahat və tənbəl həyat tərzləri olduğunu göstərir. [8] Bundan əlavə, Səid Ömər vəhşi, qəddar təbiətə sahib, qəzəbli, kindar, dalaşqan və təhqiramiz danışıq tərzi olan biri kimi təsvir edilir. Maniam ilə olan mübahisəsində o, irqi məsələlərə toxunaraq sakitləşməyən bir təcavüzkar kimi göstərilir. Maniamın vidalaşma mərasimində Səidin gözlənilməz intiqam niqti irqçiliyi özündə əks etdirir: “Mən onun irqini bilirəm, mən onu tanıyıram. Mən onun üsullarını bilirəm və mən onun nəslinin də üsullarını bilirəm. Mən sizi xəbərdar edirəm, xüsusən də, sizi, malayalılar, sizin ətrafınızda düşmanlar var və Maniam da onlardan biridir. Jaffna Tamillər sizi kirlətməyə və əzməyə çalışacaqlar... onların malayalılara sevgiləri yoxdur, özlərindən başqa. Onların hamısı alçaqlardır.” [2] Rəvayətçinin insanların münasibətdə olduğu çox mədəniyyətli irqləri təqdim etməsi, irqi mübahisələrdə üstünlük təşkil edən Səid Ömər və Maniam arasındakı düşmanlıq və bunun necə baş verdiyi irqi münaqişə səviyyəsində qabardılmışdır. Belə ki, əsərin birinci bölümündən Maniamın Səid Ömər tərəfindən aldığı son zərbənin baş verdiyi onuncu bölümün sonuna kimi bu münaqişə davam edir. Ölkənin müstəqillikdən öncəki çalxantılı vəziyyətini göstərmək məqsədilə şəxsi bir mübahisənin necə irqi bir münaqişəyə çevrilməsi əsərdə əks olunur. [6] Bir müstəmləkəçilik dövrü yazıçısı kimi, Bercess müstəmləkəçilik idealogiyasını ətraflı şəkildə oxucuya ötürmək üçün müstəmləkəçilik yazı stilləri olan boşluqlardan, ixtisarlardan və sükutlardan istifadə etmişdir. Ağdərili olmayanlar yoxluqlarında diqqət çəkirlər və ya təcrid olunmuş şəkildə var olanda da istehzaya qoyulurlar, məsələn, Merdekadan əvvəlki milliyyətçiliyin yüksəlişi dəyərsizləşdirilir. “Şərqdəki Yataqlar” romanında britaniyalılara qarşı nifrət hisslərini ifadə edən malaylıların böyük ölçülü hərəkatları və britaniyalıların idarəetmə sisteminə ciddi şəkildə təhdid yarada biləcək hərhansı bir sistemi göstərən bir işarə var. Şərqli tənqidçilərə görə, Bercess önəmli bir güc olan malayalı milliyyətçilərin tarixindəki gerçəklikləri bilərəkdən göz ardı edir. Bundan əlavə, Merdeka kimi vacib hadisələrin təsviri qısa şəkildə nəql edilir: “Bir leysan yağışında müstəqilliyin açarı olan, azad bir ölkəyə gedən lent 90 Norwegian Journal of development of the International Science No 166/2025 kəsildi. Və Merdekanın qırtlaqdan gələn fəryadı...” Hətta, müstəqillik mənasına gələn malay sözü Merdeka kommunizmin sinonimi olan Marksizmlə əlaqələndirilərək, öz mənasını itirir. Merdeka kimi müstəmləkəçiliyin devrilməsi mənasına gələn belə bir önəmli hadisənin əsaslı şəkildə kiçikdilməsi müstəmləkəçilik idealogiyasının göstəricisidir. [9] Bercess ,həmçinin, irqi münaqişələrin əsl səbəbi olaraq, müstəmləkəçi bölünmə və rol siyasətini də ciddi bir şəkildə qələmə alır. Buna baxmayaraq, mətndə bu planın söbutlarının qalıqları belə idarəetmədəki zəiflik kimi göstərilmir. Sistem malayalıları təcrid edir və onları kənd ərazilərində saxlayır. Bu, malayalıların britaniyalılara qarşı hiss etdiyi qəzəbin əsaslı səbəblərindəndir. Əsərdə “Böl və idarə et” siyasəti digər irqlər tərəfindən də dəstəklənirmiş kimi göstərilir: “Kaş insanlar öz işləri ilə məmnun şəkildə məşğul olardılar... Malayalılar kəndlərində... Hindistanlılar öz peşələrində və çinlilər də ticarətdə... Düşünürəm ki, o zaman bütün insanalar olduqca xoşbəxt yaşayardılar.” [2] Ancaq nəticə ağdərili idarəçilərlə yerli xalq arasındakı qarışıq münasibətlərdir. İnzibatçılar və yerli polis məntəqələrində yaşayanlar ,adətən, müstəmləkəçi hökumətin icraçı orqanını təmsil edirlər. Təəssüf ki, onlar əksər hallarda dərin bilgiyə sahib olmadan, bilik və bacarıqları nəzərə alınmadan işə təyin olunurlar. Bu cür boşluqlar, ixtisarlar, sükutlar və əsaslandırmalar müstəmləkəçilik idealogiyasının yaxşı şəkildə dərk edilməsinə xidmət edir. Hətta əsərdə müstəqillikdən sonra belə yeni müstəmləkəçilik sisteminin təqdimatı ilə uzun bir müddət Qərbin biliklərinə ehtiyac olacağına işarə edilir. NƏTİCƏ Nəticə etibarilə, din, müstəmləkəçilik, şərq və qərb mədəniyyətinin əlaqələndirilməsi, oriyentalizm kimi mövzular Entoni Bercessin ədəbi yaradıcılığında önəmli yer tutur. Bercess öz trilogiyasında malaylıların intizamsız şəkildə İsalm dininə sitayiş etdiklərini vurğulayır və onların İslam dinində qadağan olunmuş cadu və alkoqol qəbulu kimi pis vərdişləri olduğunu təsvir edir. Bu, Bercessin Malayada qaldığı müddətdə malaylıların dini inancları haqqında məyus olduğunu göstərir. Onun burada keçirdiyi müddət onda malayalılar və onların zaman zaman İslami dəyərlərə uyğun gəlməyən vərdişləri haqqında fikir formalaşdırmağa kömək edir. Bundan əlavə, şərqli tənqidçilərin qeyd etdiyinə görə, yazıçı burada müstəmləkəçilərin müsbət imicini yaradır və imperiyalizmin doğru bir idarəetmə sistemi olduğunu göstərir, belə ki, irqi və mədəni səviyyədə Ağdərili üstünlüyünün vacibliyi düşüncəsinə haqq qazandırır. Bercess əsərdə ağdərili qəhrəmanların obrazlarını alqışlayır, digər tərəfdən isə, yerli əhalinin və torpaqların düzgün olmayan təsvirlərini verir. [1] Bütün bunlara baxmayaraq, Entoni Bercessin romanları müstəmləkəçilik dövrünün araşdırılmasında və şərq və qərb dünyasının tədqiqində əsaslı önəm daşıyır. Ədəbiyyat: 1. Mamedova, Aysel. “Entoni Bercessin yaradıcılığında Şərq və Qərb mövzusunun inikası” adlı dissertasiya işi. Bakı, Azərbaycan. 2. Burgess, Anthony. The Long Day Wanes: A Malayan Trilogy. London: Penguin, 1981. 3. Biswell, Andrew. The Real Life of Anthony Burgess. London: Picador, 2005. 4. Loomba, Ania. Colonialism/Postcolonialism. Second Ed. London: Routledge, 2005. 5. Said, Edward W. Orientalism. London: Penguin, 1978. 6. Zawiyah Yahya. Resisting Colonialist Discourse. 2nd ed. Bangi: Penerbit Universiti Kebangsaan Malaysia, 2003. 7. Woodcock, G., 1965, The long day wanes by Anthony Burgess. Rev. of The long day wanes, by Anthony Burgess. Pacific Affairs. 8. Noritah, O. & Washima, C. D., 2007, Race, gender and religion within the construct of ‘Bangsa Malaysia’ and ‘national Islamic identity’ in Malaysian literature. Journal of English studies and comparative literature. 9. Zinnatullina, Z., Khabibullina, L., & Popp, I. (2017). The Opposition of East and West in the Long Day Wanes. Journal of History Culture and Art Research. 10. Snape, Michael. God and the British Soldier: Religion and the British Army in the First and Second World Wars. London and New York: Routledge, 2005.