Full text
International independent scientific journal №80/2025 13 PHILOLOGICAL SICENCES AZERBAIJAN-GEORGIAN LITERARY RELATIONS IN THE CREATIVITY OF ACADEMICIAN MADAD CHOBANOV Borchalı (Chobanov) M. PhD in Philology, Azerbaijan Technical University, Institute of Literature named after Nizami Ganjavi of ANAS ORCID 0009-0008-86842722 AKADEMİK MƏDƏD ÇOBANOVUN YARADICILIĞINDA AZƏRBAYCAN-GÜRCÜ ƏDƏBİ ƏLAQƏLƏRİ Borçalı (Çobanov) M. filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Texniki Universiteti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ORCİD 0009-0008-86842722 https://doi.org/10.5281/zenodo.17878288 Abstract The article examines Azerbaijani-Georgian literary relations. It is noted that since the beginning of the last century, Azerbaijani and Georgian literary relations have always developed in parallel in the field of artistic thought, especially poetry and prose, as well as in the field of science, and in the second half of the 20th century, the academic research and dissemination of Azerbaijani-Georgian literary relations entered a new stage. However, these relations were formed not by inertia, but by the creative relations of individual personalities. Just as personalities shaped the literary environment, personalities also shaped and developed literary relations. Thanks to the great services of S.Vurgun, K.Kaladze, G.Leonidze, I.Habibeyli, E.Javelidze, L.Eradze, D.Aliyeva and others, the Azerbaijani-Georgian friendship, which experienced its best period in terms of both scientific and artistic translation and literary relations, was continued in a new context by academician Madad Chobanov (1937-2023) in the second half of the last century. This scientific, literary and artistic tandem entered a new stage of its development in Azerbaijani and Georgian literary studies. These friendly relations were briefly It constituted a new stage in the field of linguistics, literary studies, poetry, literary translation and literary relations. Of course, there were certain reasons for this; First of all, Academician M.Chobanov was born and raised in Georgia, received his secondary and higher education in Georgia, lived in Georgia for about 60 years of his life, and worked as a teacher, associate professor, professor, deputy head of the department, head of the department and chairman of the scientific and methodological council at the Azerbaijani department of Tbilisi State Pedagogical University, where he received his higher education for a long time. Although he later lived in Baku, he did not break off relations with Georgia until the end of his life and regularly communicated with He visited Georgia at least 4-5 times a year, met with his former Georgian colleagues, as well as Azerbaijani scholars, poets and writers living in Georgia, closely participated in the literary environment of Tbilisi and the literary process there, and solemn events dedicated to his anniversaries were held many times in Tbilisi, Marneuli, and in his native village of Darbaz, where he was born. After he changed the world, the scientist's memorial days were celebrated in Tbilisi, as well as in Bolnisi, Dmanisi, Marneuli, Gardabani and other regions, many poems, essays were dedicated to his dear memory, books were written about his life and work, a series of articles were published in the Azerbaijani and Georgian press, various events, competitions, olympiads, races, etc. The books, which were elegantly printed in Baku and made available to readers, were presented in Baku and Georgia. These events were covered in the Azerbaijani and Georgian press, radio and television programs, as well as on a number of Internet sites, and all of this further intensified the friendly relations between the Azerbaijani and Georgian peoples. In short, the special place occupied by the theme of Azerbaijani-Georgian friendship in M. Chobanov's work not only revealed the literary, cultural, and spiritual heritage of both peoples, but also accelerated the multifaceted nature of literary and cultural relations, the process of mutual influence and enrichment, and brought this friendship, which has been going on since ancient times, to a new level. The embodiment of the friendship and brotherhood of the Azerbaijani and Georgian peoples in literary, artistic, and scientific literature, etc. These factors reached a new level in M. Chobanov's work, found their broad reflection in scientific thought, and thus, AzerbaijaniGeorgian literary relations became even richer. Xülasə Məqalədə Azərbaycan-gürcü ədəbi əlaqələri araşdırılır. Qeyd olunur ki, ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan və gürcü ədəbi əlaqələri bədii düşüncədə, xüsusilə də, poeziya və nəsr ilə yanaşı, elm sahəsində də həmişə paralel olaraq inkişaf etmiş, XX əsrin 2-ci yarısında isə Azərbaycan-gürcü ədəbi əlaqələrinin akademik
International independent scientific journal №80/2025 14 şəkildə tədqiqi və təbliği yeni bir mərhələyə qədəm qoymuşdur. Lakin bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılıq əlaqələri ilə formalaşmışdır. Ədəbi mühiti şəxsiyyətlər formalaşdırdığı kimi, ədəbi əlaqələri də şəxsiyyətlər formalaşdırmış və inkişaf etdirmişlər. S.Vurğun, K.Kaladze, G.Leonidze, İ.Həbibəyli, E.Cavelidze, L.Eradze, D.Əliyeva və başqalarının böyük xidmətləri sayəsində istər elmi, istərsə də, bədii tərcümə və ədəbi əlaqələr müstəvisində ən yaxşı dövrünü yaşayan Azərbaycan-Gürcüstan dostluğu ötən əsrin II yarısında akademik Mədəd Çobanov (1937-2023) tərəfindən yeni bir kontekstdə davam etmiş, bu elmi, ədəbi-bədii tandem Azərbaycan və gürcü ədəbiyyatşünaslığında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu dostluq əlaqələri qısa bir müddətdə, həm dilçilik, həm ədəbiyyatşünaslıq, həm poeziya, həm də bədii tərcümə və ədəbi əlaqələr müstəvisində yeni bir mərhələ təşkil etmişdir. Sözsüz ki, bunu doğuran müəyyən səbəblər vardı; hər şeydən əvvəl, akademik M.Çobanov Gürcüstanda doğulub boya-başa çatmış, orta və ali təhsilini Gürcüstanda almış, ömrünün təxminən 60 ilini Gürcüstanda yaşamış, uzun müddət vaxtilə ali təhsil aldığı Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan şöbəsində - Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, dosent, professor, kafedra müdirinin müavini, kafedra müdiri və elmi-metodiki şuranın sədri vəzifələrində çalışmış, daha sonralar Bakıda yaşasa da, ömrünün sonuna kimi Gürcüstanla əlaqəni kəsməmiş, müntəzəm olaraq əlaqə saxlamış, hər il ən azı 4-5 dəfə Gürcüstana səfər etmiş, keçmiş gürcü həmkarları ilə, həmçinin Gürcüstanda yaşayan azərbaycanlı alim, şair və yazıçılarla görüşmüş, Tiflis ədəbi mühitində və buradakı ədəbi prosesdə yaxından iştirak etmiş, dəfələrlə Tbilisidə, Marneulidə, həmçinin dünyaya göz açdığı doğma Darbaz kəndində onun yubileylərinə həsr olunmuş təntənəli tədbirlər keçirilmişdir. Dünyasını dəyişdikdən sonra isə Tbilisidə, eləcə də, Bolnisidə, Dmanisidə, Marneulidə, Qardabanidə və başqa bölgələrdə alimin anım günləri qeyd olunmuş, onun əziz xatirəsinə neçə-neçə şeirlər, poemalar, esselər həsr olunmuş, həyat və yaradıcılığı haqqında kitablar yazılmış, Azərbaycan və Gürcüstan mətbuatında silsilə məqalələr dərc olunmuş, müxtəlif tədbirlər, müsabiqələr, olimpiadalar, yarışlar və s. təşkil edilmiş, Bakıda nəfis şəkildə çap olunaraq oxucular ixtiyarına verilmiş kitabların Bakıda və Gürcüstanda təqdimatları keçirilmiş, həmin tədbirlər Azərbaycan və Gürcüstan mətbuatında, radio və televiziya verilişlərində, eləcə də, bir sıra internet saytlarında işıqlandırılmış və bütün bunlar Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrini daha da intensivləşdirmişdir. Bir sözlə, M.Çobanovun yaradıcılığında Azərbaycan-Gürcüstan dostluğu mövzusunun xüsusi yer tutması hər iki iki xalqın ədəbi, mədəni, mənəvi irsini ortaya çıxarması ilə yanaşı, həm də ədəbi-mədəni əlaqələrin çoxcəhətliliyini, qarşılıqlı təsir və zənginləşmə prosesini sürətləndirmiş, qədimdən davam edən bu dostluğu yeni bir mərhələyə daşımışdır. Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığının ədəbi-bədii və elmi ədəbiyyatda təcəssümü və s. amillər M.Çobanovun yaradıcılığında yeni müstəviyə keçmiş, elmi təfəkkürdə öz geniş əksini tapmış və beləliklə də, Azərbaycan-gürcü ədəbi əlaqələri daha da zənginləşmişdir. Keywords: Azerbaijani-Georgian, literature, literary translation, literary relations, friendship, Madad Chobanov, I Love Georgia, Songs of Friendship Açar sözlər: Azərbaycan-gürcü, ədəbiyyat, bədii tərcümə, ədəbi əlaqələr, dostluq, Mədəd Çobanov, Sevirəm Gürcüstanı, Dostluq nəğmələri Giriş Ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan və gürcü ədəbi əlaqələri bədii düşüncədə, xüsusilə də, poeziya və nəsr ilə yanaşı, elm sahəsində də, həmişə paralel olaraq inkişaf etmiş, XX əsrin 2-ci yarısında isə Azərbaycan-gürcü ədəbi əlaqələrinin akademik şəkildə tədqiqi və təbliği yeni bir mərhələyə qədəm qoymuşdur. Lakin qeyd etməliyik ki, bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılıq əlaqələri ilə formalaşmışdır. Ədəbi mühiti şəxsiyyətlər formalaşdırdığı kimi, ədəbi əlaqələri də şəxsiyyətlər formalaşdırmış və inkişaf etdirmişlər. Görkəmli ədiblərimiz Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Hüseyn Arif, Məmməd bəy Abaşidze, İrakli Abaşidze, Qriqol Abaşidze, Qalaktion Tabidze, Georgi Leonidze, Karlo Kaladze, həmçinin tanınmış alimlərimiz İsa Həbibbəyli, Elizbar Cavelidze, Leyla Eradze, Dilarə Əliyeva və başqalarının böyük xidmətləri sayəsində istər elmi, istərsə də, bədii tərcümə və ədəbi əlaqələr müstəvisində ən yaxşı dövrünü yaşayan Azərbaycan-Gürcüstan dostluğu ötən əsrin II yarısında akademik Mədəd Çobanov (1937-2023) tərəfindən yeni bir kontekstdə davam etmiş, bu elmi, ədəbi-bədii tandem Azərbaycan və gürcü ədəbiyyatında özünün yeni bir inkişaf mərhələsinə qədəm qoymuş, bu dostluq əlaqələri qısa bir müddətdə, həm dilçilik, həm ədəbiyyatşünaslıq, həm də bədii tərcümə və ədəbi əlaqələr müstəvisində yeni bir mərhələ təşkil etmişdir. (Bu barədə “Bu dostluğun yaşı çox...” adlı monoqrafiyamızda, həmçinin, “Səməd Vurğun və Karlo Kaladze”, “Səməd Vurğun və Georgi Leonidze”, “Səməd Vurğun və Leyla Eradze”, “İsa Həbibbəyli və Elizbar Cavelidze” “Dilarə Əliyeva və Leyla Eradze”, “Mədəd Çobanov və Leyla Eradze” və s. sərlövhəli məqalələrimizdə ətraflı məlumat vermişik. – M.Ç.) Sözsüz ki, bunu doğuran müəyyən səbəblər vardı; hər şeydən əvvəl, professor Mədəd Çobanov Gürcüstanda, Bolnisi rayonun Darbaz kəndində dünyaya göz açmış, burada böyüyüb boya-başa çatmış, doğma kəndində orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Tbilisidə ali təhsil almış, ömrünün təxminən 60 ilini Gürcüstanda yaşamış, uzun müddət doğma kəndində, vaxtilə orta təhsil aldığı Darbaz kənd orta məktəbində müəllim və vaxtilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dovlət Pedaqoji Universitetində (sonralar S.S.Orbelianinin adını daşıyan həmin ali məktəb hazırda İlya Universiteti adlanır. - M.Ç.) filologiya fakültəsinin Azərbaycan şöbəsində - Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, dosent, professor, kafedra müdirinin müavini, kafedra müdiri və elmi-metodiki şuranın sədri vəzifələrində çalışmışdır. O, pedaqoji fəaliyyətlə yanaşı, həm də ardıcıl və akademik şəkildə elmi yaradıcılıqla məşğul olmuş, Azərbaycan-gürcü
International independent scientific journal №80/2025 15 ədəbi əlaqələrinin inkişafı naminə bir sıra məqalələr yazmış, kitablar nəşr etdirmiş, daha sonralar Bakıda yaşasa da, ömrünün sonuna kimi Gürcüstanla əlaqəni kəsməmiş, vaxtilə çalışdığı kollektivlə müntəzəm olaraq əlaqə saxlamış, hər il ən azı 4-5 dəfə Gürcüstana səfər etmiş, keçmiş gürcü həmkarları ilə, həmçinin Gürcüstanda yaşayan azərbaycanlı alim, şair və yazıçılarla görüşmüş, Tiflis ədəbi mühitində və buradakı ədəbi prosesdə yaxından iştirak etmiş, onun həyat və yaradıcılığı haqqında Gürcüstan mətbuatında silsilə məqalələr dərc olunmuş və bütün bunlar Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrini daha da intensivləşdirmişdir. Tədqiqat Tanınmış Azərbaycan və Gürcüstan alimi, görkəmli türkoloq, 80-dən artıq kitabın, yüzlərlə elmi və publisistik məqalələrin müəllifi, uzun müddət A.S.Puşkin adına Tbilisi Dovlət Pedaqoji Universitetində filologiya fakültəsinin Azərbaycan şöbəsində çalışmış filologiya elmləri doktoru, professor, adademik Mədəd Çobanov ötən əsrin 2-ci yarısından başlayaraq tanınmış gürcü türkoloq alimləri Venera Cankidze, Elizbar Çavelidze, Georgi Şaqulaşvili, Mixeil Çinçaladze, Leyla Eradze və b. ilə daim elmi təmasda olmuş, Azərbaycan-gürcü ədəbi əlaqələrinin akademik şəkildə tədqiqi, təbliği və inkişafı naminə xeyli əmək sərf etmiş, bir-birindən dəyərli əsərləri ilə bu dostluq xəzinəsini daha da zənginləşdirmişdir. Akademik Mədəd Çobanov ilk dəfə olaraq Azərbaycan və gürcü dillərinin, həmçinin Azərbaycan və gürcü ədəbiyyatlarının qarşılıqlı əlaqəsini, ədəbi əlaqələrin inkişaf tarixini elmi tədqiqata cəlb etmiş, bu mövzuda ondan artıq kitab, yüzlərlə elmi, elmipublisistik və ədəbi-tənqidi məqalələr yazmış və həmin məqalələri Azərbaycanda AMEA-nın, BDU-nun, ADPU-nun Elmi Əsərlərində, «Azərbaycan», «Respublika», «Xalq», «Ədəbiyyat və incəsənət», «Ədəbiyyat qəzeti», «Azərbaycan müəllimi», «Sərqin səsi», «Ziya», «Təhsil», «Elm və təhsil» qəzetlərində; Gürcüstanda isə Azərbaycan, gürcü, rus və erməni dillərində nəşr olunan müxtəlif mətbuat orqanlarında, o cümlədən, Azərbaycan dilində nəsr olunan «Sovet Gürcüstanı» («Gürcüstan»), Azərbaycan və gürcü dillərində nəşr olunan «Qələbə bayrağı» - «Qamardjvebis droşa», “Samqori”, “Trialeti”, “Yeni Marneuli”; gürcü dilində nəşr olunan «Tbilisi», «Saxalxo qanatleba» («Xalq maarifi»), «Soplis tsxovreba» («Kənd həyatı»), rus dilində nəşr olunan «Zarya Vostoka», «Veçerniy Tbilisi», «Molodyoj Qruzii», erməni dilində nəşr olunan «Sovetakan Vrastan» («Sovet Gürcüstanı») qəzetlərində, gürcü dilində nəşr olunan «Skola da sxovreba» («Məktəb və həyat») və «Kartuli ena da literatura skolaşi» («Məktəbdə gürcü dili və ədəbiyyatı» jurnallarında; həmçinin, S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun «Elmi əsərləri»ndə rus və Azərbaycan dillərində çap etdirmişdir. Mədəd Çobanov Gürcüstanın Bolnisi şəhərində 1935-1990-cı illərdə Azərbaycan və gürcü dillərində çap olunan “Qələbə bayrağı”- “ გამარჯვების დროშა ” qəzetinin 4 noyabr 1972-ci il tarixli № 134 (3512)-ci sayında dərc etdirdiyi “Azərbaycan poeziyası gürcü dilində” sərlövhəli məqaləsində Şərqdə şöhrət tapmış Azərbaycan poeziyasının eyni zamanda qardaş gürcü xalqının da nəzər-diqqətini daim özünə cəlb etdiyini, erməni və gürcü ziyalılarının hələ XVI-XVII əsrlərdən Azərbaycan poeziyasını həm öz ana dillərinə çevirmələrinin, həm də öz əlifbaları ilə yazıya köçürərək ondan istifadə etmələrinin heç də təsadüfi olmadığını və həmin yazıların indi də Canaşiya adına Gürcüstan Dövlət Muzeyində saxlandığını qeyd etmiş, həmin yazıların içərisində qardaş gürcü xalqının da sevə-sevə oxuduğu dahi söz sənətkarı ustad Füzulinin lirik əsərlərinin də çoxluğunu və həmin arxiv materialları arasında hələ erməni və gürcü ziyalılarının Füzulinin əsərlərini öz əlifbaları ilə yazıya alaraq oxumalarının aydın şəkildə göründüyünü vurğulamışdır. Maraqlı faktdır ki, gürcü xalq xanəndələrinin ifaçılıq dəftərlərində XVI əsrdə yaşamış böyük Azərbaycan şairi Füzulinin "Leyli və Məcnun" poemasından çoxlu miqdarda qəzəllər vardır. Bunlar göstərir ki, Füzulinin qəzəlləri gürcü xalq xanəndələrinin repertuarında həmişə geniş yer tuturdu. Dahi Füzulinin bədii sənətkarlıq xüsusiyyətləri dünyanın bir çox ədəbiyyatşünaslarının tədqiqat obyekti olduğu kimi, gürcü şərqşünası Elizbar Cavelidzenin də elmi-tədqiqat obyekti olmuşdur. O, 1972-ci ildə "Nakaduli" - Gürcüstan SSR Uşaq və Gənclər nəşriyyatında "Görkəmli adamların həyatı" seriyasından XVI əsr Azərbaycan şairi, dahi söz ustası M.Füzulinin həyat və yaradıcılığına həsr olunmuş "Füzuli" monoqrafiyasını gürcü dilində 5 min tirajla çap etdirmişdir. (Qeyd edək ki, M.Çobanov E.Cavelidzenin Füzulinin həyat və yaradıcılığına həsr olunmuş “Füzuli” monoqrafiyasını “Füzulişünaslığa yeni qiymətli hədiyyə” adlandırmış və kitab haqqında “Gürcü alimi Füzulini öyrənir” və “Füzuli gürcü ədəbiyyatşünaslığında” sərlövhəli iki məqalə yazmış və müvafiq olaraq, Tbilisidə çap olunan “Sovet Gürcüstanı” qəzetinin 19 avqust 1972-ci il tarixli № 99 (5589)-cu sayında və Bakıda çap olunan “Azərbaycan müəllimi” qəzetinin 17 yanvar 1973-cü il tarixli № 6 (2478)-ci sayında nəşr etdirmişdir. Bu barədə bir qədər sonra daha ətraflı məlumat verəcəyik– M.Ç.) Mədəd Çobanov “Azərbaycan poeziyası gürcü dilində” sərlövhəli məqaləsində məşhur Azərbaycan şairi Fədainin də bədii yaradıcılığının və sənətkarlığının hələ XVII əsrdən gürcü ziyalılarının nəzər-diqqətini özünə cəlb etdiyini qeyd etmiş, Fədainin "Bəxtiyarnamə" poeması üzərində tədqiqat aparan gürcü alimi A.İ.Kabidzenin "Bəxtiyarnamə" əsərinin gürcü dilində iki tərcüməsini müəyyən etdiyini bildirmişdir. Bunlardan biri fars nağılları sırasına keçmiş "Bəxtiyarnamə"nin XVII əsrin sonu və XVIII əsrinə əvvəllərində gürcü dilinə edilən tərcüməsidir. Əsərin mütərcimi məlum deyildir. İkinci tərcümə 1828ci ildə A.Sulxanişvili tərəfindən edilmişdir. XVIII əsrdə Azərbaycan və gürcü xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələr daha da güclənmiş, görkəmli Azərbaycan şairləri M.P.Vaqif və M.V.Vidadi tez-tez Gürcüstana gəlmiş, hətta, gürcü xalqına dair bir çox lirik şeirlər də yazmışlar. Təsadüfi deyildir ki, M.P.Vaqifin qoşmaları hələ onun öz sağlığında ikən gürcü ziyalı və xanəndələrinin sevəsevə oxuduqları lirik əsərlərdən olmuşdur. Eyni
International independent scientific journal №80/2025 16 zamanda, gürcü xalq xanəndələri M.P.Vaqifin məşhur qoşmalarına musiqi də bəstələmişlər. Bu, David Rektorun "Qədim gürcü poeziyası antologiyasında" kitabda aydın şəkildə görünür. Təsadüfi deyil ki, gürcü şairlərindən İosef Melikaşvili və Stefan Beşanqişvilinin şeirlərində Vaqifin təsiri parlaq şəkildə özünü göstərir. XVIII əsrdə yaşamış Azərbaycan şairi M.P.Vaqifin əsərləri də gürcü ziyalıları üçün əziz və doğmadır. "Tiflisi dünyanın cənnəti" adlandıran M.P.Vaqif gürcü xalqı arasında yalnız bir dövlət xadimi kimi deyil, eyni zamanda məharətli bir sənətkar kimi tanınmışdır. Odur ki, onun şeirlərini gürcü ziyalıları tərəfindən gürcü əlifbası ilə yazılmışdır. Həmin mətnlər indi də akademik Simon Canaşiya adına Gürcütan Dövlət Milli Muzeyində saxlanılmaqdadır. 1948-ci ildə Tbilisinin "Sabtoca Mcerali" nəşriyyatı M.P.Vaqifin Gürcüstanla əlaqədar olan "Gürcü qızı", "Levanın ölümü", "Tiflis" şeirlərinin "Vaqif Gürcüstan haqqında" adı ilə 5.120 nüsxə tirajla nəşr etmişdir. Kitaba toplanan şeirləri gürcü dilinə G.Cicinadze tərcümə etmişdir. Həmçinin, 1968-ci ildə məşhur Azərbaycan şairi M.P.Vaqifin anadan olmasının 250 illik yubileyi Gürcüstanda da böyük təntənə ilə qeyd edildiyini və bu münasibətlə Tbilisinin "Merani" nəşriyyatı şairin lirik şeirlərini gürcü dilində kütləvi tirajla çap olunaraq oxucuların ixtiyarına verildiyini bildirən Mədəd Çobanov tanınmış gürcü şairləri K.Kaladze, Z.Mçedlişvili, Ş.Nişinadze və O.Şalamberidzenin tərcümə etdikləri kitaba professor Əziz Şərifin geniş müqəddimə yazdığını və “müqəddimədə Vaqifin həyatı və poetik xüsusiyyətləri haqqında ətraflı məlumat” verildiyini diqqətə çatdırır: “Bu da gürcü oxucularını bədii söz ustadı Vaqifin yaradıcılığı və sənətkarlığı ilə yaxından tanış olmağa imkan verir.” (Çobanov, Mədəd. «Qələbə bayrağı», 4 noyabr, 1972) Mədəd Çobanov Gürcüstanın Bolnisi şəhərində 1935-1990-cı illərdə Azərbaycan və gürcü dillərində nəşr olunmuş “Qələbə bayrağı”- “ გამარჯვების დროშა ” qəzetinin 19 sentyabr 1972-ci il tarixli № 114 (3492) sayında “Dostluq nümunələri” rubrikası altında dərc etdirdiyi “Nizami gürcü dilində” sərlövhəli məqaləsində qədim zamanlardan bəri tarixi taleləri bir olan, mehriban qonşuluq və dostluq şəraitində yaşayan Güney Qafqaz xalqlarının, xüsusilə də, bir neçə əsrlik tarixə malik olan Azərbaycan və gürcü xalqlarının ədəbi əlaqələrinin XX əsrin əvvəllərindən başlayaraq, daha da genişləndiyini, möhkəmləndiyini, XX əsrin ikinci yarısında isə özünün ən yüksək mərhələsinə qədəm qoyduğunu qeyd edir, bu əbədi və sarsılmaz dostluğun hər iki xalqın mənəvi aləmlərində, adətənənələrində və ədəbiyyatlarında da öz bədii əksini tapdığını, artıq, qardaş gürcü xalqının Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini öz ana dilində oxuduğunu diqqətətə çatdırır. Hər bir gürcü ziyalısına Ş.Rustaveli, N.Barataşvili, İ.Çavçavadze, A. Tsereteli, İ.Qrişaşvili, Q.Tabidze, K.Kaladze, N.Dumbadze və başqaları kimi, Azərbaycan xalqının fəxri və vüqarı, söz sənətinin dahi ustadları Xaqani, Nizami, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov, Sabir, C.Məmmədquluzadə, N.Nərimanov, C.Cabbarlı, S.Vurğun və başqalarının da doğma və əziz olduğunu vurğulan tədqiqatçı Mədəd Çobanov sənət ustadlarımızın əsərlərinin gürcü dilinə tərcümə edilməsi və nəşr olunması işində peşəkar tərcüməçilərdən A.Tseretelinin, İ.Qrişaşvilinin, L.Eradzenin, Konstantin Çiçinadzenin, Qriqol Abaşidzenin, Mağael Toduanın, Ambako Çelidzenin, K.Kaladzenin, Z.Mçedlişvilinin, T.Xomerikinin, P.Qurgenidzenin, P.Sulieqrinin, N.Canaşianın və başqalarının əməyini xüsusi qeyd etməyin lazım olduğunu, bu mütərcimlərin gərgin yaradıcılıq və tərcüməçilik fəaliyyətin nəticəsində onlarla Azərbaycan şairi, nasiri və dramaturqunun əsərlərinin qardaş gürcü xalqının dilinə tərcümə edildiyini bildirir. Eyni zamanda, qardaş Gürcüstanda ədəbiyyatımızın seçmə incilərinin nəinki gürcü dilinə tərcümə olunduğunu, hətta, bir qrup gürcü ədəbiyyatşünasın Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği ilə ardıcıl və sistemli şəkildə məşğul olduğunu, onların arasında A.Baramidze, K.Pağava, L.Eradze, E.Cavelidze, İ.Qrişaşvili və başqalarının tədqiqlərinin daha maraqlı olduğunu yazan Mədəd Çobanov, Azərbaycan ədəbiyyatının gürcü dilinə tərcümə olunması və tədqiqi tarixi haqqında da məlumat verir: “Qardaş gürcü xalqı Azərbaycan mədəniyyətinə və ədəbiyyatına hələ lap əvvəllərdən rəğbət bəsləmişdir. Bunu tarixi faktlar da təsdiq edir. Heç təsadüfi deyil ki, qardaş gürcü xalqı hələ XII əsrdən Azərbaycan ədəbiyyatı nümunələrinin öz ana dilinə tərcümə etməyə başlamışdır. Bəzi gürcü ədəbiyyatşünaslarının fikrincə poeziya sənətinin nadir ustadı Nizaminin "Xosrov və Şirin" poeması hələ şairin öz dövründə ikən gürcü dilinə tərcümə olunmuş, lakin sonralar monqolların viranedici hücumları zamanı bir çox gürcü ədəbi materialları kimi, bu poemanın tərcüməsi də itmişdir. Sonrakı dövrlərdə isə Nizaminin əsərlərinə, o cümlədən "Xosrov və Şirin" poemasının gürcü dilinə tərcümə edilməsinə maraq xeyli artmışdır. Hələ XVI əsrdə şah Teymuraz Nizaminin "Leyli və Məcnun" poemasını gürcü dilinə tərcümə etmişdir.” (Çobanov, Mədəd.“Qələbə bayrağı”, 19 sentyabr, 1972) Daha sonra müəllif 1947-ci ildə Tbilisinin "Sabcota Mçerali" nəşriyyatının Azərbaycan xalqının şərəfli oğlu, dünya ədəbiyyatında heç kəslə müqayisə edilməz Nizaminin lirik əsərlərini 5.120 tirajla nəşr etdiyini və həmin kitabı “Nizaminin gürcü dilində kütləvi tirajla çıxan ilk kitabı” adlandırır, kitaba daxil olan lirik parçaları gürcü ədəbiyyatının tanınmış nümayəndələri olan Konstantin Çiçinadze və Qriqol Abaşidzenin böyük maraqla gürcü dilinə tərcümə etdiyini, mütərcimlərin böyük Azərbaycan şairi Nizami Gəncəvinin köklü saz kimi insan qəlbini dindirən lirik şerlərini qardaş gürcü xalqına çatdırmaqla həm gürcü oxucularının, həm də Azərbaycan xalqının rəğbətini qazandıqlarını yazır. Kitabın əvvəlində professor A.Baramidzenin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı, XII əsrdə Azərbaycanla - Şirvanşahlarla Gürcüstan dövləti arasında olan siyasi və mədəni əlaqələr, Azərbaycan və gürcü xalqlarının dostluğu haqqında yığcam məlumat verdiyini qeyd edən Mədəd Çobanov yazır: “A.Baramidze göstərir ki, hələ XII əsrdə Azərbaycan və gürcü xalqları arasında olan mədəni və siyasi əlaqələr nəticəsində hər iki xalqın mədəniyyəti, incəsənəti və ədəbiyyatları bir-birinə məlum idi. Odur ki, hələ XII
International independent scientific journal №80/2025 17 əsrdə Azərbaycan şairi Nizaminin əsərləri Gürcüstanda geniş yayılmışdır. Bunu XII əsrdə yaşamış gürcü şairi Çaxruxadzenin "Tamariani" əsərindən də görmək mümkündür. XVII əsrdə yaşamış gürcü şairi Nodar Tenteişvili də böyük Nizaminin yaradıcılığına aludə olmuş və onu "dünyada bərabəri olmayan bədii söz ustadı" adlandırmışdır. Elə buna görə də, müəllif həqiqi məhəbbət, sədaqət və azad sevgi hisslərini tərənnüm edən "Leyli və Məcnun", "Xosrov və Şirin" poemalarının da gürcü dilinə tərcümə olunmasını arzulayır və həmin tərcümələrin gürcü oxucularında xüsusi bir maraq oyadacağına əminliyini qeyd edir.” (Çobanov, Mədəd.“Qələbə bayrağı”, 19 sentyabr, 1972) Mədəd Çobanov “Nizami gürcü dilində” sərlövhəli məqaləsində daha sonra bildirir ki, 1956-cı ildə Tbilisidə "Saxelqomi" Gürcüstan SSR Dövlət Nəşriyyatı XII əsrdə yaşamış böyük Azərbaycan şairi N.Gəncəvinin seçilmiş əsərlərini ikinci dəfə 5 min tirajla nəşr etmişdir. Kitabda Nizaminin "Sirrlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun" və "İsgəndərnamə" poemalarının ən lirik hissələri verilmişdir. Bu kitabı Mağael Todua öz ana dilinə böyük sevinclə tərcümə etmişdir. Kitabın rəssamı Lado Qudiaşvili kitabın üzərində budağında bülbül oxuyan qızıl gül şəkli çəkmişdir ki, bu da dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər qoyub getmiş böyük Nizami sənətinin ətrinin ətrafa yayılmasına, öz lirik şeir və qəzəlləri ilə dünyaya səs salmasına işarədir. Həmçinin, 1964-cü ildə Tbilisinin "Literatura da xelovneba" nəşriyyatı Nizaminin "Xosrov və Şirin" poemasını 10 min tirajla gürcü dilində nəşr etmişdir (https://dlab.ug.edu.ge/books/detail/12823). Əsəri gürcü dilinə Ambako Celidze tərcümə etmişdir. Kitabın əvvəlində poema haqqında 24 səhifəlik məlumat verilir və poema "dünya ədəbiyyatının nadir incilərindən" hesab olunur. (Həmin kitab 2014-cü ildə Tbilisidə təkrar nəşr olunmuşdur. https://dlab.ug.edu.ge/books/detail/5978 – M.Ç.) M.Çobanov “Nizami gürcü dilində” sərlövhəli məqaləsində Nizaminin "Xəmsə"si yalnız tərcüməçilərin yox, eyni zamanda, ədəbiyyatşünasların da nəzər-diqqətini özünə cəlb etdiyini, təsadüfi deyil ki, görkəmli gürcü ədəbiyyatşünası Konstantine Pağavanın ( კონსტანტინე ფაღავა ) elmi tədqiqat işlərinin müəyyən hissəsinin məhz Nizaminin yaradıcılığına həsr olunduğunu, onun 1964-cü ildə "Görkəmli adamların həyatı" seriyasından işıq üzü görmüş yeddi fəsildən ibarət olan "Nizami" adlı monoqrafiyasında Nizaminin dövrü, həyatı, yaradıcılığı və sənətkarlığının öz elmi əksini tapdığını vurğulamışdır. (Çobanov, M.“Qələbə bayrağı”, 19 sentyabr,1972) Yuxarıda da qeyd etdiyimiz kimi, görkəmli Azərbaycan şairlərinin, xüsusilə də dahi Məhəmməd Füzulinin də bədii sənətkarlıq xüsusiyyətləri dünyanın bir çox ədəbiyyatşünaslarının tədqiqat obyekti olduğu kimi, gürcü şərqşünaslarınn da elmi-tədqiqat obyekti olmuşdur. Görkəmli gürcü şərqşünası Elizbar Cavelidze 1972-ci ildə Tbilisidə "Nakaduli" - Gürcüstan SSR Uşaq və Gənclər nəşriyyatında "Görkəmli adamların həyatı" seriyasından XVI əsr Azərbaycan şairi, dahi söz ustası M.Füzulinin həyat və yaradıcılığına həsr olunmuş "Füzuli" (“ ფუზული ”) monoqrafiyasını gürcü dilində 5 min tirajla çap etdirmişdir. Mədəd Çobanov həmin monoqrafiyanı “Füzulişünaslığa yeni və qiymətli hədiyyə” adlandırmış və kitab haqqında “Gürcü alimi Füzulini öyrənir” və “Füzuli gürcü ədəbiyyatşünaslığında” sərlövhəli iki məqalə yazmış və müvafiq olaraq, həmin məqalələr Tbilisidə çap olunan “Sovet Gürcüstanı” qəzetinin 19 avqust 1972ci il tarixli № 99 (5589)-cu sayında və Bakıda çap olunan “Azərbaycan müəllimi” qəzetinin 17 yanvar 1973-cü il tarixli № 6 (2478)-ci sayında nəşr etdirmişdir. Mədəd Çobanov Bakıda çap olunan “Azərbaycan müəllimi” qəzetinin 17 yanvar 1973-cü il tarixli № 6 (2478)-ci sayında dərc etdirdiyi “Füzuli gürcü ədəbiyyatşünaslığında” sərlövhəli məqaləsində XX əsrin ikinci yarısında qardaş gürcü xalqının ziyalılarının və ədəbiyyatşünaslarının Azərbaycan ədəbiyyatının gürcü dilinə tərcümə edilməsinə, tədqiqinə və təbliğinə olan marağının, demək olar ki, qat-qat artdığını qeyd edir, bu sahədə böyük xidmətləri olan, dünya əbəbiyyatını öz nadir söz inciləri ilə bəzəmiş Nizami Gəncəvinin həyat və sənətkarlıq xüsusiyyətlərinə həsr olunmuş "Nizami" (1964), Azərbaycanın görkəmli materialist filosofu, ədibi və dramaturqu M.F.Axundovun həyat və yaradıcılığına həsr olunmuş "Azərbaycan-gürcü qarşılıqlı mədəni əlaqələri" (1966) və "M.F.Axundov" (1968) monoqrafiyalarının müəllifi, görkəmli türkoloq, tanınmış şərqşünas, nizamişünas və axundovşünas Konstantine Pağavanın ( კონსტანტინე ფაღავა , 19191974) ilə yanaşı, görkəmli gürcü alimi, tanınmış dilçi, türkoloq, ədəbiyyatşünas, şərqşünas Elizbar Cavelidzenin ( ელიზბარ ჯაველიძე , 1937) də böyük əmək sərf etdiyini vurğulayır və onların bu böyük xidmətlərini həmişə xüsusi olaraq qeyd etməyin lazım və vacib olduğunu diqqətə çatdırır. 1972-ci ildə gürcü dilində işıqüzü görmüş kitabı haqqında oxuculara geniş məlumat verən Mədəd Çobanov, tanınmış gürcü şərqşünası Elizbar Cavelidzenin ( ელიზბარ ჯაველიძე , 1937) XVI əsr görkəmli Azərbaycan şairi, söz sənətinin böyük ustadı Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr etdiyi "Füzuli" (“ ფუზული ”) monoqrafiyanın on doqquz bölmədən ibarət olduğunu bildirir. Məqalədə dahi şairin bədii sənətkarlığına həsr olunmuş "Söz ustadı" bölməsi ilə başlayan əsərdə müəllifin: “İlahi feyzdən bir xəzinədir söz, Tükənməz sərf qıldıqca dəmə-dəm. Məcazi şahların gənci deyil bu Ki, bir həbbə götürdükdə ola kəm.” - deyən, bədii söz sənətinin böyük, mahir və nadir ustadı olan dahi Məhəmməd Füzulinin həyatını, fəaliyyətini, yaradıcılığını, sənətkarlığını, sənətkarlıq xüsusiyyətlərini, həmçinin, bədii söz sənətinə olan müdrik baxışlarını, ayrı-ayrı bölmələrdə aydın, yığcam və elmi şəkildə təhlil etdiyi göstərilir. Daha sonra monoqrafiya ardıcıl olaraq "Əfsanə və gerçəklik", "Soruşa-soruşa Bağdada gedərsən", "Bərpa olunmuş həyat lövhələri", "Şairin anadan olması", "Şairin ölümünün öyrənilməsi", "Həqiqi şair aləmi yaxşı bəzər", "Məhəbbət əfsanəsi", "Əlyazmaları qalır",
International independent scientific journal №80/2025 18 "Ehtiyatcı ödəyə bilmir", "Dərd dağılır", "Şeir var ki, həyatı əks etdirir", "Məhəbbət səndən güclüdür", "Müdrik əli və cahil ağlı" (Rindü Zahid), "Leyli və Məcnun əhvalatı", "Şairin ibadəti" kimi bölmələrlə davam etdiyi bildirilir. “Müəllif bu monoqrafiyanı özünəməxsus bir üslubla yazmışdır. Bu da onun özündən əvvəlki tədqiqatları təkrar etməməsi ilə əlaqədardır.” - qənaətində olan akademik Mədəd Çobanov qeyd edir ki, “yuxarıda qeyd etdiyimiz bölmələrin başlıqlarından da göründüyü kimi, müəllif, hətta, monoqrafiyanın ayrı-ayrı başlıqlarında belə poetik xüsusiyyətləri saxlamışdır. Bu da oxucuya çox yaxşı təsir bağışlayır.” (Çobanov, Mədəd. “Azərbaycan müəllimi”, 17 yanvar, 1973). E.Cavelidzenin “bütün füzulişünaslar və filoloqlar üçün böyük əhəmiyyət kəsb edən” kitabını “Füzulişünaslığa yeni və qiymətli hədiyyə” adlandıran professor Mədəd Çobanov yazır ki, “şairin (M.Füzulinin - M.Ç.) həyat və yaradıcılığı, onun sənətkarlıq xüsusiyyətləri, o dövrdə Şərqdə böyük mədəniyyət mərkəz olan Bağdad şəhərində M.Füzulinin Azərbaycan dilində yazıb-yaradan şairlərin ədəbi məktəbində göstərdiyi fəaliyyəti və s. haqqında da əsərin yuxarıda göstərilən ayrı-ayrı bölmələrində ətraflı məlumat verilmişdir. Bu da kitabın məziyyətini xeyli artırır.” (Çobanov, Mədəd. “Azərbaycan müəllimi”, 17 yanvar, 1973) Məqalənin sonunda “bu kitabda Gürcüstanda M. Füzulinin həyat və yaradıcılığının tədqiqi tarixinin verilməsi də yerinə düşərdi; çünki bu sahədə istər Azərbaycan, istərsə də gürcü ədəbiyyatşünaslığında hələlik tam bir məlumat yoxdur”- qənaətinə gələn Mədəd Çobanov bu və ya digər faklarla zəngin olan "Füzuli" (gürcü dilində) monoqrafiyasının ədəbiyyatşünaslığımız və orta məktəbdə Füzulini tədris edən müəllimlərimiz üçün də faydalı olduğunu nəzərə alaraq şairin ana dilinə - Azərbaycan dilinə tərcümə olunaraq Bakıda nəşr olunması arzusunda olduğunu bildirmişdir. (Çobanov, Mədəd. “Azərbaycan müəllimi”, 17 yanvar, 1973) E.Cavelidzenin "Füzuli: həyatı, mühiti, yaradıcılığı" kitabı ilk nəşrindən 44 il sonra 2016-cı ildə Tbilisidə Azərbaycan və gürcü dillərində, 2017-ci ildə isə Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Elm və təhsil” nəşriyyatında Mirzə Məmmədoğlunun tərcüməsi və professor Bədirxan Əhmədlinin redaktorluğu ilə Azərbaycan dilində nəşr olunmuşdur. (https://zim.az/edebiyyat/edebi-elaqeler/1525-tbilisidfzuli-haqqnda-yeni-kitab-nr-olunub.html) Mədəd Çobanov Gürcüstanın Bolnisi şəhərində 1935-1990-cı illərdə Azərbaycan və gürcü dillərində nəşr olunmuş “Qələbə bayrağı”- “ გამარჯვების დროშა ” qəzetinin 28 noyabr 1972-ci il tarixli № № 144 (3522)sayında “Dostluq nümunələri” rubrikası altında dərc etdirdiyi “M.F.Axundov gürcü dilində” sərlövhəli məqaləsində XIX əsrdə yaşamış Azərbaycanın böyük ədibi, materialist filosofu, dramaturgiyamızın banisi, fəxrimiz və vüqarımız olan Mirzə Fətəli Axundovun ədəbi irsinin qardaş gürcü xalqının da həmişə nəzər-diqqətini özünə cəlb etdiyini, böyük mütəfəkkirin "Xırs quldurbasan" və "Vəzir-xani Lənkəran" komediyalarının 1851-ci ildə Tiflisdəki rus teatrında tamaşaya qoyulmasını, qısa bir zamanda böyük tamaşaçı rəğbəti qazanmasını, "Xırs quldurbasan" komediyasının hələ 1884-cü ildə gürcü dilinə tərcümə olunaraq "İveriya" jurnalının 5-6-cı nömrələrində çap edildiyini xatırladır. Qeyd edir ki, M.F.Axundovun əsərlərinə gürcü yazıçılarından ilk dəfə olaraq Akaki Tsereteli tənqidi yanaşmış, onu "Azərbaycan Molyeri" adlandırmış, "Vəziri-xaniLənkəran" komediyasını gürcü dilinə çevirərək öz "Qrebuli"sində çap etdirmiş, həmin əsər 1898-ci il yanvarın 31-də gürcü səhnəsində tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Mədəd Çobanov yazır: “Məşhur gürcü şairi A.Tsereteli M.F.Axundovun yaradıcılığına həsr olunmuş bir məqaləsində "Vəzirixani-Lənkəran"ın müəllifini Azərbaycan xalqının mahir sənətkarı, Azərbaycan dramaturgiyasının banisi kimi qiymətləndirmişdir: "E.Eristavinin müasiri olan mahir yazıçı M.F.Axundovun əsərlərində Azərbaycan həyatı güzgüdə əks olunan kimi parlaq təsvir olunmuşdur. Onun pyesləri böyük bir istedadın məhsuludur. Bu əsərlərdə süni sözlər və fikirlər yoxdur". (Çobanov, Mədəd. “Qələbə bayrağı”, 28 noyabr, 1972) A.Tsereteli Azərbaycan xalqını sevmiş, onun mədəniyyətinə, ədəbiyyatına diqqətlə yanaşmışdır. O, hələ tələbə ikən Şərq dilləri fakültəsində oxuduğu zaman Azərbaycan dilini böyük bir maraqla öyrənmişdir. Təsadüfi deyil ki, M.F.Axundovun əsərlərini gürcü dilinə ilk dəfə tərcümə edən də məhz A.Tsereteli olmuşdur. Mədəd Çobanovun məqaləsindən məlum olur ki, tanınmış gürcü şairi İ. Qrişaşvili M.F.Axundovun həyat və yaradıcılığını dərindən öyrənərək, 1945-ci ildə "M.F.Axundov və Akaki Tsereteli" adlı məqaləsini yazmışdır. O, həmin məqaləsində göstərir ki, "XIX əsrin sonlarında gürcü ictimaiyyəti qardaş və qonşu Azərbaycan xalqının həyatı və ədəbiyyatı ilə, xüsusilə o zaman Azərbaycan «Molyeri» adlandırılan, Qoqol və Ostrovski ilə müqayisə edilən M.F.Axundov kimi görkəmli yazıçı-dramaturqun əsərləri ilə lazımınca tanış deyildi. İndi isə azad gürcü xalqı Azərbaycan ədəbiyyatının klassiklərini tanıya bilir. Bu da A.Tsereteli və başqaları kimi qabaqcıl gürcü xadimlərinin səyi nəticəsi kimi qiymətləndirilməlidir... M.F.Axundovun həmin komediyasını ("Vəziri-xaniLənkəran". - M.Ç.) Akakinin tərcümə etməsi qardaş xalqların yazıçıları ilə böyük gürcü yazıçısının dostluq əlaqəsinin bir nümunəsidir... 1898-ci ildə Akakinin Tiflisdə olmamasından istifadə edən və çoxlu pul yığılmasını nəzərdə tutan Kolabecaşvili elan edir ki, Tseretelinin yeni bir əsəri səhnəyə qoyulacaqdır. Yalnız tamaşa günü, yəni 1898-ci il yanvarın 31-də Tsereteli gözləmədiyi halda özünün müəllif elan edildiyini bilir və hiddətlənir... Lakin artıq gec idi. Tamaşadan sonra tamaşaçılar "müəllif"i çağırdıqda suflyor bildirir ki, pyesin müəllifi 20 il bundan əvvəl vəfat edən Azərbaycan klassiki M.F.Axundovdur, A.Tsereteli isə həmin əsərin sadəcə tərcüməçisidir... Əsər gürcü tamaşaçıları arasında böyük hörmət və məhəbbət qazanmışdır.” (Çobanov, Mədəd. “Qələbə bayrağı”, 28 noyabr, 1972) A.Tseretelinin bütün xalqlara olan səmimi münasibətinin nəticəsidir ki, 1908-ci ildə onun anadan
International independent scientific journal №80/2025 19 olmasının 50 illik yubileyi qeyd edilən zaman 100-lərlə azərbaycanlı, o cümlədən, N.Nərimanov, M.Əzizbəyov və başqaları onu təbrik etmişlər. Mədəd Çobanov öz məqaləsində məşhur gürcü şairi A.Tseretelinin Gürcüstanın İmereti bölgəsində, indiki Saçxerski rayonunda yerləşən doğma Sxitvori kəndindəki ev muzeyində M.F.Axundovun da komediyalarının sərgiləndiyini bildirir. Tədq1iqatçı tanınmış gürcü şairi İ.Qrişaşvilinin 1932-ci ildə M.F.Axundovun anadan olmasının 120 illik yubileyi münasibətilə onun "Şərq poeması"nı əvvəlcə rus dilindən (B. Marlinskinin tərcüməsindən) gürcü dilinə çevirərək R.Qvetadzenin reaktor olduğu "Droşa" jurnalının beşinci nömrəsində çap etdirdiyini və həmin tərcümənin "Şərq poeması"nın gürcü dilinə lk tərcüməsi olduğunu diqqətə çatdırır. Daha sonra müəllif İ.Qrişaşvilinin 1933-cü ildə M.F.Axundovun "Şərq poeması"nı ikinci dəfə "Mnatobis" jurnalının sifarişi ilə professor Əziz Şərifdə saxlanılmış olan müəllifin əlyazmasından gürcü dilinə çevirərək, M.F.Axundovun tərcümeyi-halı və yaradıcılığı haqqında geniş bir ön söz yazaraq 2.500 nüsxə tirajla çap etdirdiyini bildirir. Mədəd Çobanov yazır: “1958-ci il iyulun 9-da Tbilisidə M.F.Axundovun abidəsinin açılışı münasibətilə S.Orconikidze adına mədəniyyət və istirahət parkının yay teatrında keçirilən Zaqafqaziya xalqlarının ədəbi qardaşlıq gecəsində Gürcüstan Yazıçılar İttifaqının katibi B. Jgenti demişdir: "Azərbaycanın böyük yazıçısı, filosofu və mütəfəkkiri M.F.Axundovun xatirəsi bizim hamımız - üç qardaş respublika xalqlarının nümayəndələri üçün eyni dərəcədə əzizdir. Bu əlaqələr öz mənbəyini üç mədəniyyətin mənəvi əlaqələrinin təzahürüdür. Erməni xalq dastanı "Sasunlu David" xəzinəsindən və gürcü poeziyasının incisi "Amirani"dən, ölməz Rustaveli və dahi Nizamidən götürmüşdür". (Çobanov, Mədəd. “Qələbə bayrağı”, 28 noyabr, 1972) M.F.Axundov ədəbi irsinin öyrənilməsində gürcü ədəbiyyatşünaslarının da əməyi az olmamışdır. Bu sahədə axundovşünas Konstantine Pağavanın ( კონსტანტინე ფაღავა , 1919-1974) təşəbbüsü təqdirəlayiqdir. O. 1967-ci ildə "Azərbaycan-gürcü qarşılıqlı mədəni əlaqələri" və 1968-ci ildə "Görkəmli adamların həyatı" seriyasından fəxrimiz və vüqarımız M.F.Axundovun həyat və yaradıcılığını elmi şəkildə əks etdirən "M.F.Axundov" monoqrafiyasını çap etdirmişdir. Müəllif monoqrafiyada M.F.Axundovun həyat və yaradıcılığını, onun Tbilisi ictimai mühitindəki fəaliyyətini aydın və yığcam şəkildə işıqlandırmışdır. 1968-ci ildə Tbilisi Dövlət Universiteti gürcü dilində "Erməni və Azərbaycan ədəbiyyatı müntəxəbatı" adlı iri həcmli tədris vəsaiti nəşr etdirmişdir. Bu kitabda Azərbaycan ədəbiyyatından 14 nəfər yazıçının sənətkarlıq xüsusiyyətləri və əsərlərindən nümunələr verilmişdir. Müntəxəbatda Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza və Nəbi Xəzrinin əsərləri ilə yanaşı Mirzə Fətəli Axundovun "Aleksandr Serqeyeviç Puşkinin ölümü haqqında Şərq poeması" (tərcümə İ.Qrişaşvilinindir) və "Aldanmış kəvakib" (tərcümə Q. Şaqulaşvilinindir) əsərləri də vardır. Qafqaz xalqlarının ədəbi əlaqələri tarixində böyük əhəmiyyətə malik olan bu müntəxəbatda M.F.Axundovun həyat yolu düzgün işıqlandırılmışdır. O, Azərbaycan ədəbiyyatı tarixində realist məktəbin, müasir dramaturgiyanın, yeni poeziyanın, tənqidin, publisistikanın və ədəbiyyatşünaslığın banisi kimi qiymətləndirilmişdir. (Çobanov, M. «Qələbə bayrağı», 28 noyabr, 1972) Mədəd Çobanov Gürcüstanın Bolnisi şəhərində Azərbaycan və gürcü dillrində nəşr olunan “Qələbə bayrağı”- “ გამარჯვების დროშა ” qəzetinin 8 may 1971-ci il tarixli № 56 (3014) sayında çap olunmuş “Nikoloz Barataşvili Azərbaycan dilində” məqaləsində qədim zamanlardan bir-birilə qonşuluq edən Qafqaz xalqlarının tarixi talelərində, mənəvi aləmlərində, adət-ənənələrində olan yaxınlıq onların bədii ədəbiyyatında da öz əksini tapdığını, xüsusilə də, Azərbaycan və gürcü xalqlarının əsası hələ uzaq keçmişdə qoyulmuş ədəbi əlaqələrinin böyük bir inkişaf yolu keçərək XX əsrdə daha yüksək pilləyə qalxdığını və nəhayət bu günkü mərhələyə gəlib çatdığını, indi artıq Azərbaycan xalqı Ş.Rustaveli, N.Barataşvili, İ.Çavçavadze, A.Tsereteli, İ.Lisiaşvili, Q.Tabidze, K.Kaladze və başqa gürcü şair və yazıçılarının əsərlərini öz ana dilində oxuduğunu qeyd edir və Nikoloz Barataşvilinin Azərbaycan ziyalılarının sevə-sevə oxuduğu gürcü klassiklərindən biri olduğunu vurğulayır. Akademik M.Arifə istinad edən müəllif yazır: “O, ölümündən 20-30 il sonra ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, birdən-birə nəzərlərdə böyümüş və hətta Şota Rustavelidən sonra ən böyük gürcü şairi adlandırılmışdır". Odur ki, ədəbi irsi 37 şeir və bir kiçik poemadan ibarət olan N. Barataşvilinin bədii sənətkarlığı Azərbaycan oxucularının böyük rəğbətinə səbəb olmuşdur. Heç təsadüfi deyildir ki, hələ 1905-ci ildə Azərbaycan ədəbiyyatşünası Abdulla Tofiq Sur N.Barataşvilinin yaradıcılığından bəhs edərək göstərmişdir: "Gürcülərin ən müqtədir şairi deyilməyə şayan Nikoloz Barataşvili kiçik divan yazmaqla gürcü xalqı arasında italyanlar nəzdində Dante Aliqerinin tutduğu mövqe kimi bir mövqe tutmuş, farslar içində Sədi kimi bir ülviyyət tapmışdır". (Çobanov, M. «Qələbə bayrağı», 8 may, 1971) Akademik M.Arifin "gürcü xalqı üçün yeni və gürcü ədəbiyyatı tarixi üçün novator bir şair" olan N.Barataşvilinin həyat və yaradıcılığını dərindən tədqiq etdiyini, 1948-ci ildə "Nikoloz Barataşvili" adlı oçerkini yazdığını, filologiya elmləri doktoru Dilarə Əliyevanın da elmi işlərinin müəyyən hissəsini N.Barataşvilinin həyat və yaradıcılığının tədqiqinə həsr etdiyini, nəhayət, Nikoloz Barataşvilinin anadan olmasının 150 illik yubileyinin 1968-ci ildə Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən təntənə ilə qeyd edildiyini və onun əsərləri "Lirika" adı ilə 7 min tirajla Azərbaycan dilində çap olunduğunu oxucuların diqqətinə çatdıran müəllif – Mədəd Çobanov tanınmış şair Eyvaz Borçalının tərcümələrini yüksək qiymətləndirmiş və onun gürcü şairi Barataşvilinin əsərlərini öz ana dilinə tərcümə edərkən gürcü
International independent scientific journal №80/2025 20 poeziyasının janr xüsusiyyətlərini, vəznlərini, ahəngdarlığını, təbiiliyini və musiqililiyini özündə saxladığını vurğulamışdır. (Çobanov, M. «Qələbə bayrağı», 8 may 1971) “A.Bakıxanov və Tiflis mühiti” (“Qələbə bayrağı”, 21.06.1969), “Ə.Haqverdiyev və Gürcüstan” (“Qələbə bayrağı”, 16.05.1970), “Azərbaycan şairləri və Gürcüstan” (“Qələbə bayrağı”, 23.05.1970), “Koroğlu dastanı gürcü dilində” (“Gürcüstan”, 15.07.1972) və s. kimi onlarla dəyərli məqalələrin müəllifi olan akademik Mədəd Çobanov Güney Qafqaz xalqlarının tarixində ilk dəfə olaraq, “Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” hazırlayıb (dosent M.Çinçaladze ilə birlikdə) dörd dəfə 1977, 1991, 2000 və 2010-cu illərdə nəşr etdirmişdir (Tbilisi, “Qanatleba”, 1977, 1991; Bakı, “Borçalı”, 2000, 2010). Azərbaycan və gürcü xalqlarının mədəni və mənəviyyat cəhətdən yaxınlaşmasında böyük rol oynamış həmin lüğətlər bu günün özün də də böyük əhəmiyyət kəsb edir. Tanınmış yazıçı və tədqiqatçı Nəriman Əbdülrəhmanlının tanınmış alim-pedaqoq Fərhad Xubanlı ilə birlikdə "Azərbaycan müəllimi" qəzetinin 24 may 1989-cu il tarixli N:40 /6822/ sayında dərc etdirdiyi “Lüğətçiliyə yeni hədiyyə” adlı məqalədə oxuyuruq: "Azərbaycan və gürcü xalqlarının mədəni və mə'nəviyyat cəhətdən yaxınlaşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" /"Maarif"/ nəşriyyatı "Azərbaycancagürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib etmişlər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir". (Əbdülrəhmanlı, N., Xubanlı, F. "Azərbaycan müəllimi" qəzeti, 24 may, 1989). Həmçinin akademik Mədəd Çobanovun tərtib və nəşr etdirdiyi “Sevirəm Gürcüstanı” (Bakı, “Azərnəşr”, 1977) və “Dostluq nəğmələri” (Tbilisi, “Merani”, 1978) adlı almanaxlar Azərbaycan və gürcü oxucuları tərəfindən böyük maraqla qarşılanmış, hər iki kitab “Azərbaycan-gürcü ədəbi əlaqələrinin genişlənməsinə atılmış ilk və önəmli addımlar” kimi yüksək dəyərləndirilmişdir. "Sevirəm Gürcüstanı" (almanax, Azərbaycan şairləri Gürcüstan haqqında, tərtib edəni Mədəd Çobanov, Bakı, “Azərnəşr”, 1977) kitabı haqqında yazılmış rəylərdə oxuyuruq: "Azərbaycan xalqı ilə gürcü xalqının dostluğu, qardaşlığı qədimdir. Bu məhəbbətin poetik ifadəsi olan "Sevirəm Gürcüstanı" kitabında Azərbaycan şairlərinin qardaş Gürcüstana, onun füsunkar təbiətinə, şən, mehriban adamlarına həsr etdikləri şeirlərdən nümunələr verilmişdir. Toplunun tərtibçisi Mədəd Çobanovdur." ("Ədəbiyyat və incəsənət" qəzeti, N:2, 7 yanvar, 1978). “Azərnəşr”in bədii ədəbiyyat redaksiyasının redaktoru, şair Səfalı Nəzərlinin "Sovet Gürcüstanı" qəzetinin 26 may 1977-ci il tarixli N:63/7748/-ci sayında dərc etdirdiyi "Sevirəm Gürcüstanı" sərlövhəli məqaləsində yazır: "Qədim Gürcüstan torpağı", “qonaqpərvər gürcü xalqı”, "Qafqazın Paris"i Tbilisi", “Qafqazın vena damarı Kür”... Bütün bunlar ta lap qədimdən başlamış bu günümüzə qədər Azərbaycan ədəbiyyatının dönə-dönə, həvəslə müraciət etdiyi mövzulardandır. Çox az Azərbaycan yazıçısı və şairi tapmaq olar ki, onun yaradıcılığında Gürcüstanla bağlı motivlər olmasın... Əgər şair Məmməd Arazın dili ilə desək: "poetik münasibət ən ülvi münasibətdir... bir xalqın digər xalqa bundan əziz, bundan müqəddəs töhfəsi ola bilməz". Bizcə, məhz Azərnəşrin bu yaxınlarda çapdan buraxdığı "Sevirəm Gürcüstanı" adlı kitabı gürcü xalqı üçün belə bir layiqli töhfə hesab etmək olar. Kitabı A.S.Puşkin adına TDPİ-nin müəllimi Mədəd Çobanov tərtib etmişdir". (Nəzərli, Səfalı. "Sovet Gürcüstanı" qəzeti, 26 may, 1977). "Azərbaycan və gürcü xalqlarının mehriban qardaşlıq, qonşuluq əlaqələrinin kökləri qədimdir... Hər iki xalq yadelli düş-mənlərə qarşı illərlə mübarizə aparmış, bir-birinə arxa olmuşdur. Tarixin neçə unudulmaz səhifələrində bu birgə mü-barizənin əkssədası həkk olunub yaşayır... Bu yaxınlarda çapdan buraxılmış "Sevirəm Gürcüstanı" kitabında qardaş xalqlarımızın sarsılmaz dostluğunu tərənnüm edən şe'rlər toplanmışdır. Məcmuəni Mədəd Çobanov tərtib etmiş, şair Məmməd Araz ön söz yazmışdır". (Musayev, Dilsuz. "Sevirəm Gürcüstanı". "Qızıl bayraq" qəzeti, N:122/3804/, 11 oktyabr, 1977; "Ədəbiyyat və incəsənət" qəzeti, N:9, 25 fevral, 1978). "Sevirəm Gürcüstanı" kitabı haqqında filologiya elmləri namizədi Həmid Vəliyevin rə'yi və kitabın şəkli Tbilisidə rus dilində nəşr olunan "Молодежь Грузии" qəzetində /N:63 /8078/, 26 may, 1977/, Tbilisidə erməni dilində nəşr olunan "Sovetakan Vrastan" qəzetində /N:66 /11856/, 2 iyun, 1977/, Y.Boboxidzenin geniş rəyi və kitabın şəkili Bolnisidə Azərbaycan və gürcü dillərində nəşr olunan "Qələbə bayrağı" - "Qamardjvebis droşa" qəzetində /N:55/4679/, 26 aprel, 1980/ dərc olunmuşdur. "Sevirəm Gürcüstanı" kitabından Azərbaycan Sovet Ensiklopediyasının VI cildində "Gürcüstan SSR" məqaləsində istifadə olunmuşdur. (ASE, VI c., Bakı,1982, s.135). Akademik Mədəd Çobanovun XII əsrdən bəri klassik Azərbaycan şairlərinin Gürcüstan və gürcü xalqı haqqında qələmə aldıqları səmimi hiss və duyğularını toplayaraq tərtib etdiyi və 1977-ci ildə Bakıda “Azərnəşr” Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuş “Sevirəm Gürcüstanı” adlı kitabı yüksək dəyərləndirən tanınmış gürcü alimi və şairi Leyla Eradze, yenə də Mədəd Çobanovun tərtib etdiyi, müasir Azərbaycan şairlərinin Gürcüstanla bağlı deyilmiş poetik nümunələrinin toplandığı “Dostluq nəğmələri” adlanan kitabı gürcü dilinə tərcümə etmişdir. L.Eradze 1978-ci ildə Bakıda keçirilmiş Zaqafqaziya şairlərinin beynəlmiləl poeziya gecəsində iştirak etdiyi zaman demişdir: “Azərbaycan dilini bilməyim qarşımda zəngin bir sənət xəzinəsinin qapılarını açmışdır. Yaradıcı əməyimin böyük bir hissəsini Azərbaycan xalqının zəngin və gözəl söz sənətindən nümunələri gürcü dilinə çevirməyə sərf etmişəm. Tbilisidə buraxdırdığım kitablar haqqında “Ədəbiyyat və incəsənət” qəzeti vaxtaşırı məlumat verdiyinə görə bu barədə geniş danışmaq istəmirəm. Nəşr olunan hər yeni əsər məni Azərbaycan ədəbiyyatı ilə daha çıx bağlayır: yeni-yeni dostlar qazanıram... Bakıya bu gəlişimdə də əziz həmkarlarıma deməyə sözüm var: Mədəd Çobanovun tərtib etdiyi “Dostluq təranələri” (Azərbaycan şairləri Gürcüstan haqqında)
International independent scientific journal №80/2025 21 adlı yeni məcmuəni tərcümə edib nəşriyyata vermişəm. Kitabda Xaqanidən başlayaraq bir sıra görkəmli söz ustalarının yüksək beynəlmiləlçilik duyğusu ilə yazılmış əsərləri toplanmışdır. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi İmran Qasımov kitaba rəy yazıb.” (“Ədəbiyyat və incəsənət”, 18 fevral,1978) Leyla Eradzenin “Dostluq təranələri” adlandırdığı kitab 1978-ci ildə Tbilisidə “Merani” Gürcüstan Dövlət Nəşriyyatında gürcü dilində “ ჩვენი ძმობის საგალობელი ”- “Dostluq nəğmələri” adı ilə çap olunmuşdur. Kitabın redaktoru tanınmış gürcü şairi, Gürcüstan SSR Himninin mətninin müəllifi (1944), Sosialist Əməyi Qəhrəmanı (1974), Stalin mükafatı laureatı (1951), Gürcüstan Yazıçılar Birliyinin İdarə Heyətinin birinci katibi (1967), Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (1979), 8-11-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuş Qriqol Abaşidzedir. Kitaba Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə ön söz yazmışdır. Kitab Azərbaycanın xalq şairi Səməd Vurğünun “Rustaveliyə” şeiri ilə başlayır. Şeirdə gürсü ədəbiyyatı korifeyinin əzəməti bütün varlığı ilə tərənnüm edilir. Məcmuədə Süleyman Rüstəmin «Öpürəm torpağını», «Tiflis», «Gürcü qızına», «Titsian Tabidze», Məmməd Rahimin «Tbilisi», «Əbədi məşəl», Osman Sarıvəllinin «İki nəğmə» şeirləri dost xalqa məhəbbət sədası kimi səslənir. Əhməd Cəmilin «Gürcüstan», Mİrvarid Dilbazinin «İlya Çavçavadzeyə», Nəbi Xəzrinin «Gürcü qardaşlarıma», Cabir Novruzun «Gürcü qızı» əsərləri də gürcü oxucusuna xoş təsir bağışlayır. Azərbayсan sovet poeziyasının orta nəslinə mənsub olan istedadlı şairlərdən Adil Babayev, Əliağa Kürçaylı, Hüseyn Arif, Nəriman Həsənzadə, Məmməd Araz, Fikrət Qocanın şeirləri tərcümədə xüsusilə uğurlu çıxmışdır. Kitabda Gürсüstanda doğulub böyümüş, poeziya aləmində ilkin addımlarını bu torpaqda atmış, sonralar Bakıda yazıb-yaratmış istedadlı şairlərdən İsa İsmayılzadə, Abbas Abdulla, həmçinin, Tbilisidə fəaliyyət göstərmiş Dünyamalı Kərəm və Əlixan Binnətoğlunun yaradıcılığından verilmiş nümunələr diqqəti xüsusilə cəlb edir. Həmin şeirlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır. Ümumiyyətlə, poeziyamızın tərcüməsi sahəsində tanınmış gürcü şairi və alimi, ədəbiyyatımızın bilicisi və yaxın dostu Leyla Eradzenin zəhməti böyükdür. O, 20-dən çox kitabı Azərbaycan dilindən gürcü dilinə böyük ustalıqla tərcümə etmişdir. "Dostluq nəğmələri" (gürcü dilində, tərtib edəni Mədəd Çobanov, tərcümə edəni Leyla Eradze, Müasir Azərbaycan şairləri Gürcüstan haqqında, Tbilisi, “Merani”, 1978) kitabı haqqında "Sovet Gürcüstanı" qəzetində dərc olunmuş rəydə oxuyuruq: “...Mədəd Çobanovun tərtib etdiyi, Leyla Eradzenin isə gürcü dilinə çevirdiyi bu kitabda müasir Azərbaycan şairlərinin Gürcüstan haqqında yazılmış əlliyə yaxın şeiri toplanmışdır... Həmin şeirlərin ruhu gürcü poeziyasına yaxın olduğu üçün geniş oxucu kütləsi tərəfindən səmimi qarşılanır... Ümumiyyətlə, Gürcüstanda sovet ədəbiyyatı günləri ərəfəsində buraxılmış "Dostluq nəğmələri" kitabını Azərbaycan və Gürcüstan ədəbi əlaqələri sahəsində təqdirəlayiq hal hesab etmək lazımdır" (Cangidze, V., İsmayıllı, Ə. "Sovet Gürcüstanı", 21 noyabr, 1978). Bəli, "Gürcüstan lap əzəldən bəri şairlərimizin dönə-dönə müraciət etdikləri mövzulardan biri olmuşdur. Hələ XII əsrdə Əfzələddin Xaqani "Baqrationların qapısı mənim üçün açıqdır" demişdir... Şübhəsiz, bu, onların yaradıcılıqlarında öz bariz ifadəsini tapmaya bilməzdi... Azərbaycan şairləri Gürcüstan mövzusundan öz yaradıcılıqlarında dostluq rəmzi, qardaşlıq, mehriban qonşuluq simvolu kimi daha geniş istifadə etmişlər. Bu yaxınlarda Tbilisidəki "Merani" nəşriyyatının gürcü dilində çapdan buraxdığı "Dostluq nəğmələri" məcmuəsində Azərbaycan şairlərinin Gürcüstana həsr etdikləri şeirlər toplanmışdır. Bu işdə tərtibatçı, tanınmış alim Mədəd Çobanovun və tərcüməçi Leyla Eradzenin zəhmətini qeyd etmək lazımdır. Kitab öz nəfis tərtibatı cəhətdən diqqətəlayiqdir. Bircə iradımız var. Məcmuəni daha iri həcmdə buraxmaq lazım idi. Çünki Azərbaycan sovet şairlərinin Gürcüstana həsr etdikləri şeirlər kitabdakından daha çoxdur. Bəzi görkəmli sənətkarlarımızın, o cümlədən Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Əhməd Cavadın və digərlərinin bir şeiri, yaxud əsərlərindən parça belə verilməməsi təəssüf doğurmaya bilməz. Kitabın tərtibatında şairlərin yaş xüsusiyyətlərini də nəzərə almaq, onların yaradıcılıqları haqqında gürcü oxucusuna qısa da olsa, məlumat vermək olardı." (Məmmədov, Şurəddin. "Ədəbiyyat və incəsənət" qəzeti, 4 yanvar, 1980). Akademik Mədəd Çobanov Tbilisidə nəşr olunan «Sovet Gürcüstanı» qəzetinin 16 mart 1978-ci il tarixli №32(7872) sayında dərc etdirdiyi "Dostluq-könüldənkönülə körpüdür" adlı məqaləsində Azərbaycan ədəbiyyatının peşəkar mütərcimi, tədqiqatçısı və təbliğatçısı Leyla Eradzenin 1977-ci ildə “Sovet Gürcüstanı” Gürcüstan SSR Dövlət Nəşriyyatında gürcü dilində nəşr etdirərək oxucuların ixtiyarına verdiyi eyniadlı kitabı haqqında oxuculara geniş məlumat vermiş və həmin kitabı gürcü oxucuları üçün ən qiymətli hədiyyə adlandırmışdır. Akademik M.Çobanov qeyd etmişdir ki, "Dostluq - könüldənkönülə körpüdür" adlı monoqrafiyanın ilk fəsli "GürcüAzərbaycan ədəbi əlaqələrinin tarixi kökləri" adlanır. Bu fəsildə Azərbaycan-gürcü ədəbi əlaqələrinin tarixi kökləri yığcam şəkildə təhlil olunmuşdur. Monoqrafiyanın ikinci fəsli "Gürcü-Azərbaycan ədəbi əlaqələrinin sovet dövrü"nə, üçüncü fəsli isə Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasının Azərbaycan dilinə tərcüməsi tarixinə həsr olunmuşdur. Müəllif dördüncü fəsli "Gürcü mətbuatı səhifələrində Azərbaycan mövzusu" adlandırsa da, burada əsas etibarilə böyük ədib M.F.Axundovun əsərləriniн gürcü dilinə tərcümə olunması, səhnəyə qoyulması, gürcü ədəbi-tənqidində onun mövqelərini, əsərlərinin ilk nəşri, Tiflis ictimaiyyəti ilə yaxından əlaqəsi və onun yetişməsində Tifliis mühitinin rolu yığcam şəkildə təhlil edilmişdir. Kitabın beşinci fəslində məşhur Azərbaycan nasiri İ.Şıxlının "Dəli Kür" tarixi romanının geniş təhlili verilmişdir. "Azərbaycan sovet poeziyasında Gürcüstan mövzusu" fəslində isə Azərbaycanın xalq şairləri S.Vurğunun və S.Rüstəmin poeziyasında Gürcüstan mövzusu öz bədii ifadəsini tapmışdır. (Çobanov M.N, 16 mart, 1978)